Azərbaycanın və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub
Digər xəbərlər

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

Martın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Z.Həsənov H.Akarı 70 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və Türkiyə Silahlı Qüvvələrinin inkişafı naminə fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

Tərəflər regional təhlükəsizlik, ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.

AZƏRTAC