Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Digər xəbərlər

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri martın 10-u saat 09:50-dən 17:10-dək müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmələrimiz tərəfindən həmin istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

AZƏRTAC