TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

"ASK" ASC-nin balansında olan əmlakların (əsas vəsaitlərin) inventarizasiyası xidmətlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İştirak haqqı yalnız ASAN Ödəniş Sistemi vasitəsi ilə qeyd edilən rekvizitlərə ödənilməlidir.

Əlaqə telefonu (mobil): (077) 277-11-06

Əlaqə telefonu (şəhər): (012) 505-95-11 (daxili: 423)

Əlaqələndirici şəxs: Səlimə İskəndərova

Elektron poçt: [email protected]

İştirak haqqı: 250 (iki yüz əlli) manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştrak edən İddiaçılar aşağıda qeyd olunan sənədləri təqdim etməlidir:

1. Tender təklifi (təkliflərin açıqlandığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

2. Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır. Sənədin əsli skan olunmuş şəkildə .pdf formatda portala əlavə edilməlidir);

3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Qanunun 6.2.5-ci maddəsinə uyğun. Vergi orqanının rəsmi blankında olmalı, arayışın tarixi 05.01.2022-ci il tarixindən sonra olmalıdır. İmzalı sənəd skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);

4. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Keçən il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin təsdiq olunmuş surəti skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);

5. İddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; (Qanunun 6.2.3-cü maddəsinə uyğun. Tender elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır. Məktubun əsli skan olunmuş şəkildə .pdf formatda portala əlavə edilməlidir);

6. Nizamnamə (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə notarial təsdiq olunmuş .pdf formatda portala əlavə edilməlidir);

7.  Qeydiyyatdan keçdiyi ölkə (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Dövlət Reyestrindən çıxarış notarial qaydada təsdiq olunaraq .pdf formatda portala əlavə edilməlidir);

8. Rekvizitlər (İddiaçının bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə rəsmi blankda imzalı .pdf formatda portala əlavə edilməlidir);

9. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd; (Qanunun 6.2.4-ci maddəsinə uyğun. Müvafiq orqan tərəfindən tender elanı tarixindən ən çox 30 gün əvvəl əldə edilmiş arayış olmalıdır. Məktubun əsli skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);

10. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd; (Qanunun 6.2.6-cı maddəsinə uyğun. Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir);

11. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması barədə məlumat (Statistika Komitəsi tərəfindən əldə edilmiş olmalı. Sənəd rəsmi blankda imzalı .pdf formatda portala əlavə edilməlidir.);

12. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd (Qanunun 6.2.3-cü maddəsinə uyğun. Rəsmi blankda imzalı .pdf formatda portala əlavə edilməlidir).

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 28 mart 2022-ci il tarixinə saat 10:00-a qədər, tender təklifi və bank təminatını 5 aprel 2022-ci il saat 17:00-a qədər www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı (Bundan sonra - Portal) vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 6 aprel 2022-ci il saat 10:00-da www.etender.gov.az Portal vasitəsilə həyata keçiriləcək.