Kotirovka
Reklam və elanlar

Kotirovka

"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti

KOTİROVKA SORĞUSUNA DƏVƏT EDİR

"ASK Villa", "ASK Plaza" və "ASK Arena" binalarında turniket, jalüz, fotosel qapı və şlaqbaum qurğularına servis və təmir xidmətlərinin satın alınması.

Əlaqə telefonu (mobil): (077) 277-11-06

Əlaqə telefonu (şəhər): (012) 505-95-11 (daxili: 423)

Əlaqələndirici şəxs: Səlimə İskəndərova

Elektron poçt: [email protected]

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və elektron kotirovka haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün elektron kotirovka iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Elektron kotirovkada iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını yalnız ASAN Ödəniş Sistemi vasitəsilə həyata keçirdikdən sonra iştirakçı kimi qeydə alına bilərlər.

İştirak haqqı: 100.00 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar elektron kotirovkada iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Kotirovka təklifi (təkliflərin açıqlandığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır)

2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Qanunun 6.2.5-ci maddəsinə uyğun. Vergi orqanının rəsmi blankında olmalı, arayışın tarixi 05.01.2022-ci il tarixindən sonra olmalıdır. İmzalı sənəd skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir)

3. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Keçən il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin təsdiq olunmuş surəti skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir)

4. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (Qanunun 6.2.3-cü maddəsinə uyğun. Tender elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır. Məktubun əsli skan olunmuş şəkildə .pdf formatda portala əlavə edilməlidir.)

5. Nizamnamə (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə notarial təsdiq olunmuş .pdf formatda portala əlavə edilməlidir)

6. Qeydiyyatdan keçdiyi ölkə (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Dövlət Reyestrindən çıxarış notarial qaydada təsdiq olunaraq .pdf formatda portala əlavə edilməlidir)

7. Rekvizitlər (İddiaçının bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə rəsmi blankda imzalı .pdf formatda portala əlavə edilməlidir)

8. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd (Qanunun 6.2.4-cü maddəsinə uyğun. Müvafiq orqan tərəfindən tender elanı tarixindən ən çox 30 gün əvvəl əldə edilmiş arayış olmalıdır. Məktubun əsli skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir)

9. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd; (Qanunun 6.2.6-cı maddəsinə uyğun. Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir)

10. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması barədə məlumat (Statistika Komitəsi tərəfindən əldə edilmiş olmalı. Sənəd rəsmi blankda imzalı .pdf formatda portala əlavə edilməlidir)

11. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd (Qanunun 6.2.3-cü maddəsinə uyğun. Rəsmi blankda imzalı .pdf formatda portala əlavə edilməlidir)

12. Tələb olunan işlərin yerinə yetirilməsi üçün maddi-texniki bazası və işçi qüvvəsi haqqında məlumat (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Sənəd rəsmi blankında imzalı .pdf formatda portala əlavə edilməlidir)

13. İddiaçının son 3 (üç) illik analoji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar.

Tender proseduru "Dövlət satınalmaları haqqında" AR Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar elektron kotirovka sorğusunda iştirak etmək üçün müvafiq sənədləri (kotirovka təklifləri daxil) 11 mart 2022-ci il saat 17:00-a qədər www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı  vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 14 mart 2022-ci il saat 10:00-da www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı  vasitəsilə həyata keçiriləcək.


"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti

KOTİROVKA SORĞUSUNA DƏVƏT EDİR

"ASK Plaza" və "ASK Villa" inzibati binalarında yerləşən 11 ədəd liftlərə illik texniki xidmətlərin satın alınması.

Əlaqə telefonu (mobil): (077) 277-11-06

Əlaqə telefonu (şəhər): (012) 505-95-11 (daxili: 423)

Əlaqələndirici şəxs: Səlimə İskəndərova

Elektron poçt: [email protected]

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və elektron kotirovka haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün elektron kotirovka iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Elektron kotirovkada iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını yalnız ASAN Ödəniş Sistemi vasitəsilə həyata keçirdikdən sonra iştirakçı kimi qeydə alına bilərlər.

İştirak haqqı: 100.00 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar elektron kotirovkada iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Kotirovka təklifi (təkliflərin açıqlandığı tarixdən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır)

2. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (Qanunun 6.2.5-ci maddəsinə uyğun. Vergi orqanının rəsmi blankında olmalı, arayışın tarixi 05.01.2022-ci il tarixindən sonra olmalıdır. İmzalı sənəd skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir)

3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Keçən il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin təsdiq olunmuş surəti skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir)

4. İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; (Qanunun 6.2.3-cü maddəsinə uyğun. Tender elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır. Məktubun əsli skan olunmuş şəkildə .pdf formatda portala əlavə edilməlidir)

5. Nizamnamə (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə notarial təsdiq olunmuş .pdf formatda portala əlavə edilməlidir)

6.  Qeydiyyatdan keçdiyi ölkə (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Dövlət Reyestrindən çıxarış notarial qaydada təsdiq olunaraq .pdf formatda portala əlavə edilməlidir)

7. Rekvizitlər (İddiaçının bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə rəsmi blankda imzalı .pdf formatda portala əlavə edilməlidir)

8. İddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd; (Qanunun 6.2.4-cü maddəsinə uyğun. Müvafiq orqan tərəfindən tender elanı tarixindən ən çox 30 gün əvvəl əldə edilmiş arayış olmalıdır. Məktubun əsli skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir)

9. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd; (Qanunun 6.2.6-cı maddəsinə uyğun. Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli skan edilməli və .pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial təsdiq edilməsi mütləqdir)

10. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması barədə məlumat (Statistika Komitəsi tərəfindən əldə edilmiş olmalı. Sənəd rəsmi blankda imzalı .pdf formatda portala əlavə edilməlidir.)

11. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd (Qanunun 6.2.3-cü maddəsinə uyğun. Rəsmi blankda imzalı .pdf formatda portala əlavə edilməlidir)

12. Tələb olunan işlərin yerinə yetirilməsi üçün maddi-texniki bazası və işçi qüvvəsi haqqında məlumat (Qanunun 6.2.1-ci maddəsinə uyğun. Sənəd rəsmi blankında imzalı .pdf formatda portala əlavə edilməlidir)

13. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziya və ya icazə (.pdf formatda portala əlavə edilməlidir)

14. İddiaçının son 3 (üç) illik analoji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar.

Tender proseduru "Dövlət satınalmaları haqqında" AR Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar elektron kotirovka sorğusunda iştirak etmək üçün müvafiq sənədləri (kotirovka təklifləri daxil) 11 mart 2022-ci il saat 17:00-a qədər www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 14 mart 2022-ci il saat 10:00-da www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsilə həyata keçiriləcək.


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələrinə tələb olunan akkumulyatorların satınalınması məqsədilə

MÜSABIQƏ ELAN EDIR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2022-ci il martın 10-u  saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.