TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi

AÇIQ TENDERƏ DƏVƏT EDİR

2022-ci ildə faydalı qazıntı yataqları üzrə dövlət geoloji ekspertizasının və kompleks xidmətlərin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını etender.gov.az portalında yaradılmış hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 1000 manat təşkil edir.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının nizamnaməsi (notarial qaydada təsdiq edilməlidir);

2. İddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnamə (notarial qaydada təsdiq edilməlidir);

3. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı (notarial qaydada təsdiq edilməlidir);

4. İddiaçının rekvizitləri (iddiaçının bankı tərəfindən və ya rəsmi blankında təsdiq edilməlidir);

5. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış;

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (sənəd elektron formada alındıqda notarial qaydada təsdiqli olmalıdır);

8. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (sənəd elektron formada alındıqda notarial qaydada təsdiqli olmalıdır);

9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərinin idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olmaması barədə (müvafiq orqanın arayışı);

10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətli olması barədə (müvafiq orqanın arayışı);

11. Müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxsin olmaması barədə (müvafiq orqanın arayışı);

12. İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənədlər;

13. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə sənəd;

14. İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması barədə təsdiqedici sənəd;

15. Təkliflərin qiyməti yalnız Azərbaycan manatı ilə göstərilməlidir;

16. Səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin (podratçıların) sayı ən azı 3 (üç) olmalıdır;

17. Təklif nəqliyyat və sığorta xərcləri, vergilər və rüsumlar daxil olmaqla təqdim edilməlidir;

18. Şərtlər toplusunda verilən tələblərə uyğun olaraq azı 3 (üç) iddiaçı tərəfindən təkliflər daxil olduğu halda Tender baş tutmuş hesab edilir;

19. İddiaçılara Tenderlə bağlı hər bir məlumat Azərbaycan dilində təqdim ediləcəkdir. Bütün sənədlər Tender Komissiyasına Portal vasitəsilə Azərbaycan dilində təqdim edilməlidir;

20. İddiaçı Tender Komissiyasının qərarından, Tender Komissiyasının üzvlərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququna malikdir. Şikayətlərin verilməsi və onlara baxılması qaydası "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir;

21. Tender qalibi ilə "Dövlət satınalmaları haqqında" Qanuna uyğun olaraq satınalma müqaviləsi bağlanacaqdır;

21. Digər sənədlər:

- iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış və s.) surətləri;

- analoji işlər üzrə təcrübəsini təsdiq edən sənəd;

- ixtisaslı kadr imkanları barəd məlumat;

- əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər məlumatlar.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı suallarını Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri 03 mart 2022-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə 14 mart 2022-ci il saat 14:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 15 mart 2022-ci il tarixdə saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

Tenderlə bağlı hər bir əlavə məlumatın alınması üçün Geoloji ekspertiza və reyestr şöbəsinin müdiri Ramilə Nəzərova ilə (012) 505-97-82 nömrəli telefon və ya [email protected] elektron ünvan vasitəsilə əlaqə saxlanıla bilər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.