TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Elektron Hökumətin İnkişafı Mərkəzi" PHŞ

TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

Təkliflər sorğusunun predmeti: "Serverlərin əməli yaddaşlarının artırılması"nın satın alınması üzrə tenderdə iştirak etmək üçün İddiaçılar aşağıdakı tələblərə cavab verməlidir:

ğ İddiaçının təklif etdiyi malların texniki xüsusiyyətləri minimum əsas şərtlər toplusunda göstərilən texniki parametrlərə uyğun və yeni (original) olmalıdır.

ğ Keyfiyyətcə əsas şərtlər toplusunda göstərilmiş mallardan daha aşağı keyfiyyətli mallar (nümunə əsasında) təklif edən iddiaçı müsabiqədən kənarlaşdırılacaqdır

ğ İddiaçı tender təklifində qeyd etdiyi işlər üzrə malların xüsusiyyətlərini, ölçülərini və malların keyfiyyətini, parametrlərini müəyyən edəcək sənədləri təqdim etməlidir.

ğ İstehsalçı tərəfindən 3 il texniki zəmanət verilməlidir.

ğ Mallar müqavilə imzalandıqdan sonra 3 bank günü ərzində çatdırılmalıdır.

ğ İddiaçı tərəfindən istehsalçının səlahiyyətinə dair sənəd (MAF) təqdim edilməlidir.

Yuxarıdakı şərtləri ödəməyən iddiaçılar tenderdə iştirak edə bilməzlər.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

VÖEN: 1503985871

Bank: "Kapital Bank" ASC-nin Mərkəz filalı

Bank VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944

Kod: 200026

SWIFT: AIIBAZ2X

İBAN: AZ16AIIB38060019440386688102

İştirak haqqı 500 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlər (podratçılar) tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

l Malgöndərənin Tenderdə iştirak üçün müraciət ərizəsi (iştirak haqqı-ödəniş sənədi);

l Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, Nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

l Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra azı 30 bank günü qüvvədə olmalıdır);

l Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (təkliflərin qüvvədə olma tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);

l Malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş arayışı;

l Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

l İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;

l İddiaçının hansı sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;

l Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;

l Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;

l Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Siyahısı yuxarıda göstərilmiş və iddiaçının tender təklifini təşkil edən sənədlər Tender Komissiyasına aşağıdakı qaydada çatdırılmalıdır:

İddiaçının texniki təklifi əsli və surəti eyni bir zərfə qoyulmaqla, qiymət təklifini təklifin bank təminatı ilə birlikdə əsli və surəti digər zərfə qoyulmaqla zərfləri imzalayıb möhürləyirlər, sonra isə texniki və qiymət təklifləri olan zərfləri başqa bir xarici zərfə qoyub, xarici zərfi imzalayıb və möhürləyib Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsində göstərilmiş vaxtdan gec olmayaraq göstərilmiş ünvana göndərirlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı daxil olmaqla) 23.02.2022-ci il tarixi saat 18:00-a qədər Satınalan təşkilatın Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospekti 89/91, AZ 1069, "Elektron Hökumətin İnkişafı Mərkəzi" PHŞ inzibati binasına Telefon: (+99412) 4447444 (3185) Fax: (+99412) 541 76 63 təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 24.02.2022-ci il tarixi saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospekti 89/91 "Elektron Hökumətin İnkişafı Mərkəzi" PHŞ inzibati binasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.