Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, "Banklar haqqında" Qanunun 71-ci, 81-ci və 82-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 21-nə təyin edilmiş iclasında baxılacaq.

AZƏRTAC