Elan
Reklam və elanlar

Elan

"Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi" ASC-nin səhmdarlarının nəzərinə!

"Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı 18 Mart 2022-ci ildə keçiriləcək.

İclasın gündəliyi:

1. 2021-ci il üzrə cəmiyyətin fəaliyyətinə dair maliyyə hesabatının təsdiqi;

2. Cəmiyyətin Nizamnaməsinin yeni redaksiyasının təsdiqi;

3. Müşahidə şurası, İcra orqanı və təftiş komissiyasının formalaşdırılması.

Ümumi yığıncaq, Səhm sahiblərinin çoxluğunu nəzərə alaraq pandemiya ilə əlaqədar Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş karantin rejiminə görə qiyabi keçiriləcək. Siz poçt vasitəsilə yazılı rəyinizi göndərərək (ünvan: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küç., 29) və ya cəmiyyətin internet səhifəsində (www.olefin.az) rəy bildirərək səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Ümumi yığıncağa bütün səhmdarlar şəxsiyyət vəsiqəsini, varisliyi təsdiq edən sənədi, etibarnamə ilə, iştirak edənlər notarial qaydada təsdiq edilmiş etibarnaməni təqdim etməlidir.

Rəyinizi 18 mart 2022-ci il tarixədək yuxarıda göstərilən üsulların biri ilə bildirməyiniz xahiş olunur.

Əlaqə telefonu: 489-34-60

"Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi" ASC-nin rəhbərliyi.


ELAN

12 mart 2022-ci il saat 11:00-da "ALATAVA-AVTONƏQLİYYAT" QSC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.

Ünvan: Bakı şəhəri, Alatava 2. "ALATAVA-AVTONƏQLİYYAT" QSC-nin binası

Yığıncağın gündəliyi:

1. Cəmiyyətin idarə heyətinin 2021-ci ilin illik hesabatı;

2. Cəmiyyətin 81 ədəd səhminin satışı;

3. Digər məsələlər.

Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.


AZSIĞORTA müştərilərə artıq yeni ofisdə xidmət göstərəcək

Ölkənin aparıcı sığorta şirkətlərindən olan AZSIĞORTA müştərilərə artıq yeni ofisdə xidmət göstərəcək.

Bu ilin 1 fevral tarixindən etibarən Baş ofisə və Sığorta Hadisələri Xidmətinə müraciət edən vətəndaşlar Bakı şəhəri, Səbail rayonu, M. Useynov prospekti, ev 63 ünvanına yaxınlaşa bilərlər. Yeni ofis ənənəvi olaraq, həftənin 5 günü saat 09:00-dan - 18:00-dək fəaliyyət göstərəcək. Şirkətin 24 saat fasiləsiz çalışan Çağrı Mərkəzinin əlaqə nömrəsi isə *6565 olaraq qalır.