BİLDİRİŞ
Reklam və elanlar

BİLDİRİŞ

"Respublika" qəzetinin 25 noyabr 2021-ci il tarixli nömrəsində dərc edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən mebel və digər idarəetmə inventarlarının satınalınması üzrə verilmiş açıq tender prosedurunun nəticələrinə əsasən "MEBEL AFƏROĞLU" Məhdud Məsuliyyətli Cəmiyyəti 79 896,62 manat məbləğində verdiyi qiymət təklifi ilə qalib elan edilmiş və həmin podratçı şirkətlə müvafiq satınalma müqaviləsi bağlanılmışdır.


"Respublika" qəzetinin 15 dekabr 2021-ci il tarixli nömrəsində dərc edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının binalarında təmizlik xidmətlərinin satınalınması üzrə elan verilmiş kotirovka sorğusu prosedurunun nəticələrinə əsasən "ŞEH" Məhdud Məsuliyyətli Cəmiyyəti 7 752,60 manat məbləğində verdiyi qiymət təklifi ilə qalib elan edilmiş və həmin podratçı şirkətlə müvafiq satınalma müqaviləsi bağlanılmışdır.


"Bakımənzilavtomat" İİİ tərəfindən 24 noyabr 2021-ci il tarixində elan verilmiş, lift ehtiyat hissələrinin satın alınması məqsədilə keçirilən elektron tenderin qalibi "LİFT-SERVİS.N" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. "LİFT-SERVİS.N" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 29 dekabr 2021-ci il tarixində 106645.45 (Bir yüz altı min altı yüz qırx beş manat qırx beş qəpik) məbləğində müqavilə bağlanmışdır.


"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti "ASK Plaza" və "ASK Villa" inzibati binalarının yanğından mühafizə sistemləri üzrə müxtəlif malların və xidmətlərinin satın alınmasına dair kotirovka sorğusu keçirmişdir. Keçirilmiş kotirovka sorğusunun qalibi Azərbaycan, Bakı şəhəri, Ziya Bünyadov 110 ünvanında yerləşən "Marz" MMC olmuşdur. Həmin şirkətlə 28.12.2021-ci il tarixində 11 652.96 AZN (on bir min altı yüz əlli iki manat, 96 qəpik) məbləğində müqavilə imzalanmışdır.