“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360, № 11, maddə 1692, № 12, maddə 1903; 2020, № 6, maddə 662; 2021, № 6 (I kitab), maddə 551, № 7, maddə 701) 3.4-cü maddəsindən “Lotereyalar haqqında”,” sözləri çıxarılsın və həmin maddədə “və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunları ilə” sözləri “, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunları və maliyyə bazarları sahəsində qəbul edilən digər qanunlarla” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 27 dekabr 2021-ci il