Bildiriş
Reklam və elanlar

Bildiriş

"ASK Şüşə" MMC DÜST 7376-89 standartlarına uyğun kartonun elektron açıq tender üsulu ilə satınalınması 15.11.2021-ci il tarixində elan olunmuşdur. "Dövlət satınalmaları haqqında" Qanunun 11.1.-ci maddəsinə uyğun olaraq tender təklifi vermiş iddiaçıların sayı 3-dən az olması səbəbindən tenderin davamından imtina edilmişdir.                                                                    


Bakı Ali Neft Məktəbi mühəndis tələbələrdə alternativ enerji mənbələri üzrə fundamental biliklərin formalaşdırılması məqsədilə təlimlərin keçirilməsi üçün təlim-tədris proqramının hazırlanması ilə əlaqədar məsləhət xidmətlərini kotirovka sorğusu üsulu ilə satın alınmasına dair keçirilmiş müsabiqədə "Ekoloji Tədqiqatlar Mərkəzi" MMC qalib elan olunmuş və onunla 43 698,00 (qırx üç min altı yüz doxsan səkkiz manat) AZN məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.