Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan
Məktublar

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

30 il işğal altında qalmış Azərbaycan torpaqları Sizin yürütdüyünüz uğurlu siyasət nəticəsində azad edildi. Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu cinayətkar və işğalçı Ermənistanı 44 günlük Vətən müharibəsində məğlub edərək, müqəddəs torpaqlarımızı işğaldan azad etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan 30 ilə yaxın müddətdə icra olunmamış BMT qətnamələrini Sizin qətiyyətinizlə təkbaşına icra etdi. Sizin rəhbərliyinizlə qazanılan bu Zəfər 50 milyondan artıq dünya azərbaycanlılarını sevindirdi. Biz Sizin qazandığınız bu Zəfərlə fəxr edirik və inanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı iqtisadi və siyasi cəhətdən daha çox uğurlar əldə edəcək, daha böyük inkişaf yolu keçəcək.

Avstraliya-Azərbaycan Assosiasiyası Sizi yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, Azərbaycanımızı daha da inkişaf etdirmək yolunda böyük uğurlar arzulayır.

Dərin hörmətlə, 

Mikayil Oyta

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti