Fransanın “CIFAL” şirkətlər qrupunun prezidenti Jil Remidən
Məktublar

Fransanın “CIFAL” şirkətlər qrupunun prezidenti Jil Remidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə böyük sevinc hissi ilə təbrik edirəm.

Hamının həyatında, xüsusilə də bir dövlət başçısının həyatında bu gün daha əlamətdardır. Bu yubileyi məhz Sizin əzmkarlığınız və həlledici qərarlarınız sayəsində ərazi bütövlüyü bərpa edilmiş ölkənizdə qeyd edirsiniz.

Sizə cansağlığı, xoşbəxtlik, uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Cənab Prezident, Sizə səmimi salamlarımı və ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə, 

Jil Remi

Fransanın “CIFAL” şirkətlər qrupunun prezidenti