TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Bərdə Şəhər Bələdiyyəsi

AÇIQ TENDER ELAN EDIR

Lot -1. Bərdə şəhəri  7 saylı Körpələr evi-Uşaq bağçasında görüləcək cari təmir işləri.

Lot -2. Bərdə şəhəri  3 saylı Körpələr evi-Uşaq bağçasında görüləcək cari təmir işləri.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 100 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Əhmədov Ruslan Rauf oğlu

Telefon: 050-366-23-00

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Bank "Azər Poçt" MMC-nin Bərdə filialı

Kod- 690090

VÖEN- 9900037711

M/h- AZ76NABZ01350100000000094944

H/h-AZ48AZPO90095461200420100011

VÖEN-4000124081

AZPOAZ22

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün ərizə;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri ;

-iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri, tender təklifini və iş cədvəlini möhürlənmiş ikiqat zərfdə 24 yanvar 2022-ci il saat 11:00-a  qədər təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 25 yanvar 2022-ci il saat 11:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.