Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən
Məktublar

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Altmış illik yubileyiniz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Siz bu yubiley gününü haqlı olaraq öz xalqınızın tanınmış, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, ölkənin sosial-iqtisadi inkişafında mühüm nailiyyətlərə və beynəlxalq arenada nüfuzunun artırılmasına tarixi töhfə vermiş lideri kimi qarşılayırsınız.

Əminəm ki, Azərbaycan Sizin strateji kursunuzla bundan sonra da dayanıqlı inkişaf yolu ilə irəliləyəcək, güclü və firavanlaşan dövlət quruculuğu işində yeni zirvələr fəth edəcək.

Qazaxıstanda Sizin Qazaxıstan-Azərbaycan münasibətlərinin dərinləşməsinə verdiyiniz şəxsi töhfənizi yüksək qiymətləndirir və iki ölkə arasında çoxillik dostluq, qarşılıqlı dəstək və strateji tərəfdaşlıq tellərinin bundan sonra da möhkəmlənməsinə böyük əhəmiyyət verirlər.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə məsul dövləti fəaliyyətinizdə böyük nailiyyətlər, qardaş Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram.

Hörmətlə,

 Kasım-Jomart Tokayev

Qazaxıstan Respublikasının Prezidenti