Kotirovka
Reklam və elanlar

Kotirovka

Azərbaycan Tibb Universiteti "Dövlət Satınalamaları haqqında" Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə uyğun olaraq "Azərbaycan Tibb Universitetinin elektron səhifəsi üçün server kirayəsi, texniki dəstək və daxili sistemlər ilə inteqrasiyaları" üzrə kotirovka sorğusu keçirir.

Satınalmada iştirak etmək istəyənlər elan dərc olunan gündən 29.12.2021-ci il saat 17:00-dək Azərbaycan Tibb Universitetinin tender komissiyasına müraciət edə bilərlər.

Təkliflər 30.12.2021-ci il saat 11:00-da Azərbaycan Tibb Universitetinin inzibati binasında açılacaqdır.

Ünvan: Bakı şəhəri Ənvər Qasımzadə 14, əlaqə telefonu 597-42-60

Əlaqələndirici şəxs: Əhmədov Tağı Rəşid oğlu.


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün kəpənək (butterfly) tipli klapanların və klapanların ehtiyat hissələrinin satınalması məqsədilə

MÜSABIQƏ ELAN EDIR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 22 dekabr 2021-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı ş. Neftçilər prospekti 2,

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.