TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Memarlıq və İnşaat Universiteti

AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Memarlıq və İnşaat Universiteti "Azərbaycan Memarlıq və İnşaat Universitetində mühafizə xidməti" və "Proqram təminatlarına xidmət" işləri üzrə tender elan edir.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yuxarıda göstərilən işlər üzrə tender təkliflərini elektron qaydada təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir.

Aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, analoji işlərində təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarna malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 150 (yüz əlli) AZN məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində əsas Şərtlər toplusunu elektron portaldan (etender.gov.az) əldə edə (Əlaqələndirici şəxs: V.R.Ələkbərovdan, Telefon: 538-75-07) bilərlər.

İştirak haqqı bu hesaba köçürülməlidir:

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Ünvan: AZ 1073, Bakı şəhəri, Ayna Sultanova küçəsi, 11.

VÖEN:1300430721

 H/h: AZ36AIIB33070019443307889103

Kapital Bank Yasamal filialı

KOD - 200037, VÖEN: 9900003611

M/h: AZ37NABZ01350100000000001944

S.W.I.F.T.AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün elektron müraciət;

- tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü qüvvədə qalmalıdır);

- tender təklifi dəyərinin 1 faiz həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

- Son 1 (bir) il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son 1(bir) il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender proseduru "Dövlət Satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 29.12.2021-ci il saat 15:00-dək, tender təklifi və bank zəmanətini 11.01.2022-ci il saat 15:00-dək elektron portala (etender.gov.az) təqdim etməlidirlər.

İddiaçıların təklifləri 12.01.2022-ci il saat 15:00-da elektron qaydada (etender.gov.az) açılacaqdır.

 İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.


Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində və Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot-1 - Sahəxarici və sahədaxili kommunikasiya (elektrik təchizatı və su-kanalizasiya) şəbəkəsinin tikintisi, ərazinin şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma işləri.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi, podratçının ixtisas göstəricilərinin aidiyyəti işlər üzrə uyğunluğu, analoji işlər üzrə təcrübəsi, texniki, maliyyə və kadr imkanları.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra aşağıdakı hesaba hər bir lot üzrə qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanından (əlaqələndirici şəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: (+99412) 594-54-01 daxili 239) ala bilərlər.

VÖEN: 1701953921

"Kapital Bank" ASC-nin Mərkəzi filialı

Filialın kodu: 200026

VÖEN: 9900003611

SWİFT kod: AIIBAZ2X

M/h AZ37NABZ01350100000000001944

"MİDA" MMC

Hesab: AZ18AIIB38030019440029636102

Lot-1 - 1000 manat.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.

1. Tenderdə iştirak etmək üçün ərizə;

2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

3. Tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

4. Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);

5. İddiaçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- İddiaçı icra etdiyi analoji tikintilərin istismara qəbul Dövlət Aktının surətini təqdim etməlidir;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);

- Digər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.

İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 29 dekabr 2021-ci il saat 15:00-a kimi Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 11 yanvar 2022-ci il saat 15:00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 12 yanvar 2022-ci il tarixində saat 15:00-da "MİDA" MMC-də açılacaqdır.