Prezidentin Mətbuat Xidmətinin məlumatı
Məlumat

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.