TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"Balakhanı Operating Company LTD" şirkətinin  Azərbaycan Respublikasındakı filialı

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot-1: "Balakhanı Operating Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialı "Nasos ştanqlarının və Nasos kompressor borularının " satınalınması:

1. Nasos kompressor borusu 60 mm 180 ton

2. Nasos kompressor borusu 48 mm 60 ton

3. Nasos ştanqı 19 mm 25000 ədəd

Lot-2: "Balakhanı Operating Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialı "Dərinlik nasoslarının " satınalınması:

1. Dərinlik nasosu 32 mm 2000 ədəd

2. Dərinlik nasosu 43 mm 300 ədəd

3. Dərinlik nasosu 44 mm 800 ədəd

4. Dərinlik nasosu 56 mm 600 ədəd

Tender iştirakçılarına təklif olunur ki,öz təkliflərini möhürlənmiş,imzalanmış ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə,əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 500 (beş yüz) AZN iştirak haqqını "Balakhanı Operating Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının hesabına köçürüldükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.

Bankın adı və rekvizitləri:

"Balakhanı Operating Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialı

Yerləşdiyi ünvan: Az-1034 Bakı şəh. Sabunçu qəs. Seyid Hüseyn küç-1 (faktiki)

Tel. 012 550 81 22

Faks: 012 450 22 84

Email: İ[email protected]

VÖEN: 1302740191

Kapital Bank ASC Nəsimi Filialı

H/h: AZ14AİİB40015019440008347111

M/h: AZ37NABZ01350100000000001944

VÖEN (bank): 9900003611

Kod: 200112

S.W.İ.F.T. AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar əsas şərtlər toplusunu Az-1034, Bakı şəh., Sabunçu qəs., Seyid Hüseyn küç. (faktiki), əlaqələndirici şəxs Əlizadə Həmid. Telefon: 450-23-81, elektron poçt ünvanı: [email protected] ünvanından ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2021-ci ildə notariusdan təsdiq edilmiş surəti);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender iştirakçılarından tələb olunan sənədləri 10 dekabr 2021-ci il saat 17:00-a qədər bir nüsxədə, tender təklifi isə 14 dekabr 2021-ci il saat 11:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Az-1034 Bakı şəh., Sabunçu qəs., Seyid Hüseyn küç.-1 (faktiki) ünvanına təqdim edilməlidir. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş tender zərfləri açılmadan geri qaytarılacaqdır.

Tender zərflərinin açılışı proseduru 15 dekabr 2021-ci il LOT-1 saat 11:00-da; LOT-2 saat 11:00 Az-1034 Bakı şəh., Sabunçu qəs., Seyid Hüseyn küç-1 (faktiki) ünvanında "Balakhanı Operating Company LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialının konfrans zalında keçiriləcəkdir.


Azərbaycan Tibb Universiteti 2021-ci il üçün 1 LOT üzrə

AÇIQ TENDER ELAN EDİR

Lot - 1 "ATU-nun Onkoloji Klinikası üçün tibbi avadanlıqların satınalınması"

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı:

Lot 1: 200 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Təşkilat: Azərbaycan Tibb Universiteti

VÖEN: 1400457111

Hesab: AZ96AIIB38060019440137243111

Bank: Kapital Bank ASC Nəsimi filialı

VÖEN: 9900003611

Kodu: 200112

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4. Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

9. Podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri LOT-1 üzrə 10.12.2021-ci il saat 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 20.12.2021-ci il saat 15:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 21.12.2021-ci il saat 15:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.


Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi 05 fevral 2019-cu il tarixində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə ziyan dəymiş fərdi yaşayış evlərinin tikintisi üzrə və ölkənin cənub bölgəsi olan Lerik rayonunda fərdi yaşayış evinin tikintisi üzrə aşağıdakı Lotlar üzrə

TƏKLIFLƏR SORĞUSUNA DƏVƏT EDIR

Tender 2 lot üzrə keçirilir:

Lot 1 - Şamaxı rayonunda 3 ədəd ikiotaqlı və İsmayıllı rayonunda 1 ədəd üçotaqlı fərdi yaşayış evlərinin tikintisi (4 ədəd)

Lot 2 - Lerik rayonunun Lələdulan kəndində 1 ədəd üçotaqlı fərdi yaşayış evinin tikintisi (1 ədəd)

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusu və iş həcmlərini Bakı şəhəri, Füzuli küçəsi 69 5-ci mərtəbə Agentliyin TOOBM-i (Əlaqələndirici şəxs : Dilarə Qasımova, telefon: 512 22 68) ünvanından ala bilərlər.

İştirak haqqı:

Lot 1 - 50 manat

Lot 2 - 50 manat

TOOBM-in bank rekvizitləri:

A1. Emitent (ödəyən bank) Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000000003944

SWIFT CTREAZ22   FHN TOOBM

Xəzinə hesab kitabı: 2658301-(003272)

H/h: AZ22CTRE00000000000002658301

VÖEN: 1500495621

Fond: 7

İqtisadi təsnifat: 142330

Funksional təsnifat: 1433

İştirak haqqı heç bir halda geri qaytarılmır

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; lisenziyası;

-iddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri möhürlənmiş ikiqat zərfdə 10.12.2021-ci il tarixində saat 10:00-a qədər Bakı şəhəri, Füzuli küçəsi 69 5-ci mərtəbə, (522-ci otaq) ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 10.12.2021-ci il tarixində, saat 12:00-da Füzuli küçəsi 69 ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.