Kotirovka
Reklam və elanlar

Kotirovka

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi üzrə Əlavə Maliyyələşdirmə

"Elektron vəkil" informasiya sisteminin tətbiqi fəaliyyəti üzrə məsləhət xidmətləri 

Kredit nömrəsi 9058-AZ

Maraqların İfadəsi üzrə Bildiriş-№ A.1/1.2-MX-AF

Azərbaycan Respublikası Dünya Bankından "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsinin Əlavə Maliyyələşdirilməsi ilə əlaqədar kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsinin "Elektron vəkil" informasiya sisteminin tətbiqi" fəaliyyəti üzrə məsləhət xidmətlərinin göstərilməsinə xərclənməsi nəzərdə tutuluır. Fəaliyyətin məqsədi Azərbaycan Respublikası Vəkillər Kolllegiyası üçün "Elektron vəkil" informasiya sisteminin tətbiqi, habelə həmin sistemin "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemləri ilə inteqrasiyasının təmin edilməsidir. Tapşırığın ehtimal olunan müddəti 12 aydır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçi şirkətləri müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən şirkətlər xidmətlərin  göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatlar təqdim etməlidirlər. Qısa siyahıya daxil olunması üçün məsləhətçi şirkət dövlət qurumları üçün proqram təminatının hazırlanması və tətbiqi sahəsində ən azı 10 illik təcrübəyə malik olmalıdır. Ədliyyə sahəsində müvafiq təcrübəyə malik olanlara üstünlük veriləcəkdir. Məsləhətçi şirkət son beş il ərzində icra olunmuş ən azı oxşar iki layihə barəsində məlumat təqdim etməlidir. Qısa siyahı mərhələsində məsləhətçinin əsas işçi heyətinin qiymətləndirilməsi aparılmayacaq. Texniki tapşırıq aşağıda göstərilən ünvandan əldə oluna bilər.

Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi çərçivəsində Borcalanlar üçün prosedurlar (Satınalma Qaydaları)" ilə (iyul 2016-ci il, noyabr 2017-ci il və avqust 2018-ci il) nizamlanan Keyfiyyət və Dəyər Seçim Üsuluna (KDSÜ) əsasən seçiləcəkdir. Məsləhətçilər həmin təlimatların Bölmə III, 3.14, 3.16 3.17 nömrəli bəndlərində göstərilən "Dünya Bankının maraqların toqquşmasına dair siyasəti"nə diqqət yetirməlidirlər. Məsləhətçilər öz ixtisas bacarıqlarını gücləndirmək məqsədi ilə digər şirkətlərlə konsorsium/birgə müəssisə yarada bilərlər.

İştirakçılar məlumatları 2021-ci il dekabr ayının 6-ı saat 18:00-dək aşağıda göstərilən ünvanlara (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi/"Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi, AZ1073, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə,  Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: [email protected], [email protected]) göndərə bilərlər.