Bildiriş
Reklam və elanlar

Bildiriş

"Elektron Hökumətin İnkişafı Mərkəzi" Publik Hüquqi Şəxsi tərəfindən "Elektron Sənəd Dövriyyəsi (ESD) sisteminin qurulması və bir il ərzində dövlət orqanları işçilərinin sənəd dövriyyəsi servisi ilə təmin olunması"nın satınalınması məqsədilə 14.07.2021-ci il tarixində etender.gov.az və "Respublika" qəzetində elan olunmuş təkliflər sorğusu proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən ləğv edilmişdir.


AZƏRBAYCAN RESPUBLİKASI İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ "TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ" PUBLİK HÜQUQİ ŞƏXS "YENİ KLİNİKA" PUBLİK HÜQUQİ ŞƏXSİ

BİLDİRİŞ

15.09.2021-ci il tarixində "Yeni Klinika" PHŞ tərəfindən dövlət satınalmalarının vahid internet portalı və "Respublika" qəzetində elan olunmuş, "Yeməkxana, mətbəx ləvazimatları və digər malların" satınalınması üzrə keçirilmiş kotirovka sorğusu müsabiqəsinin nəticələrinə əsasən, "Alban Trade" MMC qalib elan olunmuş və onunla 15.10.2021-ci il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


AZƏRBAYCAN RESPUBLİKASI İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİ "TİBBİ ƏRAZİ BÖLMƏLƏRİNİ İDARƏETMƏ BİRLİYİ" PUBLİK HÜQUQİ ŞƏXS "YENİ KLİNİKA" PUBLİK HÜQUQİ ŞƏXSİ

BİLDİRİŞ

13.09.2021-ci il tarixində "Yeni Klinika" PHŞ tərəfindən dövlət satınalmalarının vahid internet portalı və "Respublika" qəzetində elan olunmuş, "Mətbəə məhsulları"nın satınalınması üzrə keçirilmiş kotirovka sorğusu müsabiqəsinin nəticələrinə əsasən, "İndiqo" MMC qalib elan olunmuş və onunla 04.10.2021-ci il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


Azərbaycan Texniki Universiteti Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 25 ünvanında "cari təmir materiallarının" satınalınması ilə əlaqədar 17.11.2021-ci il tarixində kotirovka sorğusu üsulu ilə müsabiqə həyata keçirir. Maraqlanan təşkilatlar [email protected] e-mail ünvanı və 012-539-11-19 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 17.11.2021-ci il tarixindən 02.12.2021-ci il tarixinə, saat 17:00-dək təqdim olunmalıdır. Zərflər 03.12.2021-ci il, saat 12:00-da açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Ünvan: AZ1073 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 25.


"ASK Ayaqqabı Fabriki" MMC-nin 11 oktyabr 2021-ci il tarixində müxtəlif elektrik mallarının satınalması üçün keçirilən kotirovka sorğusunun qalibi "Buta Supply" MMC olmuş və 16702.66 AZN (ƏDV daxil) məbləğdə müqavilə bağlanmışdır.


İnnovasiya və Təchizat Mərkəzi PHŞ tərəfindən 19.10.2021-ci il tarixdə keçirilmiş Açıq tenderin (eTender) "Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin, həmçinin Dövlət və Tədbirlər proqramları üzrə nəzərdə tutulan tibbi və digər aparatların, avadanlıqların satınalınması" lotu üzrə Garant Plus MMC qalib seçilmiş və onunla 1 582 934,60 AZN məbləğində müqavilə bağlanmışdır.


İnnovasiya və Təchizat Mərkəzi PHŞ tərəfindən 08.10.2021-ci il tarixdə keçirilmiş Açıq tenderin "Şəkərli diabet üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi ləvazimatların satınalınması" lotu üzrə AvroMed Company QSC qalib seçilmiş və onunla 10 225 844,9 AZN məbləğində müqavilə bağlanmışdır.