Bu gün COVID-19 əleyhinə 43 min dozaya yaxın peyvənd vurulub
Səhiyyə

Bu gün COVID-19 əleyhinə 43 min dozaya yaxın peyvənd vurulub

Noyabrın 5-də Azərbaycanda 42 min 918 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 min 134, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 min 669 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı isə 27 min 115 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 841 min 784, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 986 min 441, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 416 min 480 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 438 min 863 nəfər təşkil edir.

AZƏRTAC