Şəhid   xatirə   bulağı 
Region

Şəhid   xatirə   bulağı 

Cəlilabad   Rayon  İcra  Hakimiyyətinin  başçısı  Rafiq  Cəlilov,  hüquq-mühafizə  orqanları,   ictimaiyyət  nümayəndələri  və   şəhidin  ailə  üzvlərinin  iştirakı  ilə  44  günlük  Vətən  müharibəsində   şəhidlik  zirvəsinə  ucalan  Əsgər   Məmmədovun  doğum  günündə   ailə  üzvləri   ziyarət  olunub,  adına  inşa  edilən  xatirə  bulağının  açılış  mərasimi  keçirildi. Mərasimdə   çıxış  edənlər  ötən  il  sentyabrın  27-də  başlayan  və  tarixə  44 günlük  zəfər   müharibəsi    kimi düşən  Vətən  müharibəsindənAzərbaycan  Ordusunun  qazandığı  şanlı  Qələbədən,  şəhidlərin gənclərə  nümunə  olan  qısa, lakin  şərəfli  ömür  yolundan  danışdılar.  Tədbirdə   Vətən  müharibəsində  şəhidlərin qanının  yerdə  qalmadığı,  Müzəffər  Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  ilə  torpaqlarımızın işğaldan  azad  edildiyi  bildirilib, Qələbənin  tarixi  əhəmiyyəti  xüsusi  vurğulandı.  RİH başçısı  Rafiq   Cəlilov  qeyd  etdi  ki,  Əsgər  kimi  igid oğullarımızın  sayəsində  Azərbaycan  Ordusu  Ali Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  altında Zəfər  Gününü  tarixə  yazıb. Bizə  Qələbə  sevincini  yaşadan  şəhidlərin  xatirəsi xalqımızın  qəlbində daim  yaşayacaq.

Tədbirdə  məktəblilər  Vətənə,  ordumuza,  şəhidlərimizə  həsr  olunan  şeirlər söylədilər.  Şəhid  Əsgər  Məmmədovun  atası  Zaur  Məmmədov  çıxış  edərək  şəhid  ailələrinə göstərilən  diqqət  və  qayğıya  görə Prezident  İlham  Əliyevə  və  Birinci  vitse-prezident  Mehriban xanım  Əliyevaya  minnətdarlığını  bildirdi.

                   Ərəstun   ABDULOV,                         

                   “Respublika”.