TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

"AzGerneft" MMC

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot-1. "AzGerneft"  MMC  tərəfindən  "ŞTANQLI QUYU NASOSLARI" satınalınması:   

1.ŞTANQLI QUYU NASOSLARI

1.1. 20-125RHAM 12-4-4 (HBİB-32-30-15) (32)  - 200 ədəd

1.2. 25-175-RHAM-12-4-4 (HBİB-44-30-15) (43)  - 100 ədəd

1.3. 20-175 THM-12-4-2    (HH2B-44-30-15) (44)  - 200 ədəd

1.4. 25-225 THM-12-4-2    (HH2B-57-30-12) (56)   - 100 ədəd

Tender iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat  zərfdə, yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər:

Lot-1 üçün 300 (üç yüz) manat

iştirak haqqını "AzGerneft" MMC hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.

Bankın adı və rekvizitləri:

"AzGerneft" MMC

Yerləşdiyi ünvan: AZ1037, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi, 7 nömrəli bina

Tel.: 451-36-04; 451-36-05;

Faks: 451-34-90

Email ünvanı: [email protected]

VOEN:  9900047091

Bankın adı: ARBB Sabunçu filialı

VOEN: 9900001881

H/h: AZ67IBAZ40010019449957001212

M/h: AZ03NABZ01350100000000002944

Kod: 805573

SWIFT BIK IBAZAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar əsas şərtlər toplusunu AZ1037, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 7, əlaqələndirici şəxs Amal Şirinova. telefon: +99450 845 62 22, elektron poçt ünvanı: [email protected]  ünvanından ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyət müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2021-ci ildə notariusdan təsdiq edilmiş surəti);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender iştirakçılarından tələb olunan sənədləri 30 noyabr  2021-ci il saat 17:00-a qədər bir nüsxədə, tender təklifini isə 02 dekabr 2021-ci il saat 11:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) AZ1037, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 7 nömrəli  ünvanına təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş tender zərfləri açılmadan geri qaytarılacaqdır.

Tender zərflərin açılışı proseduru 02 dekabr 2021-ci il LOT-1 saat 11:15-də;  AZ1037, Bakı, Sabunçu rayonu, Ramana ŞTQ, Əmir Bağırov küçəsi 7 nömrəli ünvanında "AzGerneft" MMC-nin zalında keçiriləcəkdir.