Bildiriş
Reklam və elanlar

Bildiriş

"Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi" Publik Hüquqi Şəxsi tərəfindən 26 may 2021-ci il tarixində elan edilmiş "Yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi" proqram təminatının tətbiqi işinin satın alınması məqsədi ilə açıq tender prosedurunda iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilmişdir. Elektron qaydada təqdim olunmuş tender təkliflərinin qiymətləndirilməsinin nəticələri haqqında tender komissiyasının 2021-ci il 09 sentyabr tarixli yekun protokoluna əsasən "ARIS" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və onunla müvafiq satınalma müqaviləsi bağlanılmışdır.


Avtobusların ehtiyat hissələrinin alınması və təmir xidməti ilə bağlı 23.06.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusu prosedurunun nəticəsində qalib "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 36.7.2-ci maddəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, Baba Əliyev, Mərdəkan qəs. ev 8B-2, mənzil M61 ünvanında yerləşən "İNNOVİOR" MMC müəyyən olmuşdur. "İNNOVİOR" MMC ilə 09.09.2021-ci il tarixdə 11 494,24 manat məbləğində müqavilə imzalanmışdır.