Məşğulluq marafonu
Sosial həyat

Məşğulluq marafonu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin iyun ayında başladılan marafona indiyədək 558 işəgötürən (292-i dövlət, 266-sı isə özəl) qoşularaq 3057 vakansiya təqdim edib.

Həmin vakansiyalar üzrə verilən göndərişlər əsasında artıq 906 nəfər (145 şəhid ailəsi üzvü və 761 qazi) işlə təmin olunub. Hazırda da bu kateqoriyalardan olan vətəndaşlara vakansiyalar üzrə göndərişlərin verilməsi davam edir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları  https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.

“Respublika”.