TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ Cari təmir materiallarının satınalınması üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 LOT üzrə keçirilir:

LOT-1. Cari təmir materiallarının satınalınması

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatlar əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını "Asan ödəniş" vasitəsilə köçürdükdən sonra (ödəniş təyinatı yerində iştirak haqqı qeyd olunsun) müsabiqə üzrə "Əsas şərtlər toplusunu" əldə edə bilərlər.

İştirak haqqı:

Lot 1: 300 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Təşkilat: Azərbaycan Texniki Universiteti

Hesab:

AZ12AIIB33070019443307884103

VÖEN: 1300231171

Hesab: "Kapital Bank" ASC-nin Yasamal filialı

Kod: 200037

VÖEN (bank): 9900003611

M/h: AZ37NABZ01350100000000001944

SWIFT: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1% həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfındən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 12.11.2021-ci il saat 12:00 tarixinə qədər və tender təklifi və tender təklifinin bank təminatı sənədlərini 22.11.2021-ci il saat 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 23.11.2021-ci il saat 12:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər. Maraqlanan təşkilatlar [email protected] email ünvanı və 12-539-11-19 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

QEYD: tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.