TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

AMEA İnformasiya Texnologiyaları İnstitutu

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Lot 1: AMEA İnformasiyaları Texnologiyaları İnstitutunun yeni veb səhifəsinin yaradılması

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (bundan sonra Portal) elektron imza vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu Portal vasitəsi ilə əldə edə bilərlər. Bundan sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: ən aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında və qrafikə uyğun yerinə yetirilməsi. Analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti. Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi: Əkbər Əliyev, tel.: 0553879974

İştirak haqqı: 50 AZN

Bank rekvizitləri:

Alan bank: Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN: 1401555071

Kod: 210005

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T: CTREAZ22

Alan təşkilat: AMEA İnformasiya Texnologiyaları İnstitutu

VÖEN: 1300308241

Büdcə təsnifatının kodu: 142330, büdcə səviyyəsinin kodu: 7

H/H: AZ77CTRE00000000000004138404

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak haqqının ödənilməsi barədə təsdiqedici sənədi;

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri (hüquqi sənədlərin surətləri notarial qaydada təsdiqli olmalıdır);

- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;

- Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının analoji işlərdə təcrübəsi, maddi-texniki və kadr imkanları haqqında rəsmi məlumat;

-  İddiaçıların son üç ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə rəsmi məlumat;

- İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektinə aid edilməsi barədə müvafiq dövlət statistika orqanından arayış.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 05.11.2021-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə 17.11.2021-ci il saat 12:00-a qədər Portal vasitəsi ilə təqdim etməlidirlər. Portal vasitəsilə göstərilən vaxtdan gec təqdim olunmuş müraciətlər qəbul olunmayacaqdır.

Tender zərfləri 18.11.2021-ci il saat 12:00 tarixində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Ünvan: AZ 1141, Bakı şəhəri, B. Vahabzadə küç., 9A


Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar satınalmalar üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir:

Lot-1 - 2 və 3 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi;

Lot-2 - 10 və 11 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi, podratçının ixtisas göstəricilərinin aidiyyəti işlər üzrə uyğunluğu, analoji işlər üzrə təcrübəsi, texniki, maliyyə və kadr imkanları.

Tender predmeti haqqında ətraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyata alındıqdan sonra aşağıdakı hesaba hər bir lot üzrə qeyd olunan məbləğdə iştirak haqqı ödəməklə Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanından (əlaqələndirici şəxs: Əliyev Vüqar Təyyar oğlu, telefon: (+99412) 594-54-01 daxili 239) ala bilərlər.

VÖEN: 1701953921

"Kapital Bank" ASC-nin Mərkəzi filialı                          

Filialın kodu: 200026

VÖEN: 9900003611

SWİFT kod: AIIBAZ2X

M/h: AZ37NABZ01350100000000001944

"MİDA" MMC

Hesab: AZ18AIIB38030019440029636102

Lot-1 - 600 manat;

Lot-2 - 600 manat.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçılar iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün ərizə;

2. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

3. Tender təklifi (tender təklifi zərflərinin açıldığı gündən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

4. Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);

5. İddiaçı haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- İddiaçı inşa etdiyi analoji tikililər barədə istismara qəbul Dövlət Aktının surətini və ya inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son 3 (üç) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);

- Digər sənədlər: tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.

İddiaçılar 1, 2 və 5-ci bəndlərdə qeyd olunan sənədləri 2021-ci il 24 noyabr tarixinə kimi Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.

İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə)  2021-ci il 02 dekabr saat 14.00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 2021-ci il 03 dekabr tarixində saat 14.00-da "MİDA" MMC-də açılacaqdır.