Kotirovka
Reklam və elanlar

Kotirovka

Azərbaycan Memarlıq və İnşaat Universiteti "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə uyğun olaraq kotirovka sorğusu ilə "Azərbaycan Memarlıq və İnşaat Universitetində Sair torpaq tikili və avadanlıqlar" işləri üzrə satınalınmasını həyata keçirir.

Satınalmada iştirak etmək istəyənlər 26 oktyabr 2021-ci il tarixdə saat 15:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tender Komissiyasına müraciət edə bilərlər.

Təkliflər 27 oktyabr 2021-ci il tarixdə saat 15:00-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasının 309-cu otağında Tender Komissiyasında açılacaq.

İddiaçıların səlahiyyətli nümayəndələri təkliflərin açılışında iştirak edə bilərlər.

Ünvanımız: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 11.

Əlaqə telefonu: 538-75-07

Əlaqələndirici şəxs: Vasif Ələkbərov


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti Struktur idarələrə tələb olunan əski (vetoş) satınalınması məqsədilə

MÜSABIQƏ ELAN EDIR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il oktaybrın 22-si saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.


"AZƏRBAYCAN SƏNAYE KORPORASİYASI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KOTİROVKA SORĞUSUNA DƏVƏT EDİR

"ASK Plaza" və "ASK Villa" inzibati binalarının yanğından mühafizə sistemləri üzrə müxtəlif malların və xidmətlərin satın alınması.

Müsabiqə iştirakçılarına təklif edilir ki, öz Kotirovka təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə, yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün müsabiqə iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Kotirovkada iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra şərtlər toplusunu əldə edə bilərlər. Əlaqələndirici şəxs: Elçin İsmayılov, telefon: +994 (77) 2771106 və ya [email protected].

İştirak haqqı: 50.00 manat

Satınalan təşkilat: "Azərbaycan Sənaye Korporasiyası" ASC

VÖEN: 1305305281

Bank: "Azərbaycan Beynəlxalq Bankı" ASC

Bankın VÖEN-i: 9900001881

Kod: 805722

SWIFT: IBAZAZ2X

H/h: AZ31IBAZ38060019446065857204

M/h: AZ03NABZ01350100000000002944

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Kotirovka sorğusunda iştirak etmək üçün yazılı müraciət;

2. Kotirovkada iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Kotirovka təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (qeydiyyatı 01.07.2021-ci il tarixindən sonra olmalıdır);

5. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı (2020-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin surəti);

6. İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

7. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

8. Müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahəyə cəlb olunacaq işçilərin uyğunluq peşə sertifikatının olması barədə məlumatlar;

9. Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya);

10. İddiaçının son 3 (üç) illik analoji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar.

Tender proseduru "Dövlət satınalmaları haqqında" AR Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (kotirovka təklifi daxil) 25 oktyabr 2021-ci il saat 17:00-a qədər Bakı şəh., Yasamal r-nu, İzmir küç. 14, ASK VİLLA ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Zərflərin açılması ilə bağlı kotirovka proseduru 26 oktyabr 2021-ci il saat 15:00-da yuxarıda qeyd olunan ünvanda videokonfrans formatında keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.