Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib
İQTİSADİYYAT

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib

Oktyabrın 7-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il fevralın 2-də imzalanmış "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" barədə Sərəncamdan irəli gələrək hazırlanmış "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın ilkin layihəsi ətraflı müzakirə olunub.

Tədbirdə 5 Milli Prioritet istiqamətində Strategiyanın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 10 alt işçi qrupunun rəhbərlərinin görülən işlər, strateji məqsədlər, fəaliyyət istiqamətləri və qarşıda duran hədəflər barədə məruzələri dinlənilib.

İqtisadi Şuranın iclasının oktyabrın 8-də davam etdirilməsi planlaşdırılıb.

AZƏRTAC