Bildiriş
Reklam və elanlar

Bildiriş

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən 30 iyul 2021-ci il tarixdə elan edilmiş açıq tender üsulu ilə elektron satınalma metodu ilə keçirilmiş müsabiqə üzrə iddiaçılardan Portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və "Maşın və avandanlıqlar"ın satın alınması üzrə "UNİSELL" MMC  qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Azərbaycan Texniki Universitetinin "Abadlaşdırma xidmətləri haqqının ödənilməsi" xərclər maddəsi üzrə "abadlaşdırma materiallarının (xidmətlərin)" satınalınması ilə əlaqədar 15 sentyabr 2021-ci il tarixində elan olunmuş müsabiqə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinin tələbinə əsasən ləğv olunur.


"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi 14 sentyabr 2021-ci il tarixdə COVİD-19 ilə mübarizədə istifadə olunan dərman vasitələrinin satınalınması üzrə təkliflər sorğusu keçirmişdir. Təkliflər sorğusunda "Zeytun Pharmaceuticals" MMC qalib olmuş və onunla 675 876,86  AZN dəyərində müqavilə bağlanmışdır.


16.10.2021-ci il tarixdə keçirilməli olan Magna (tikinti şirkəti) lotereyası pandemiya vəziyyətini nəzərə alaraq və məştərilərimizin əksəriyyətinin istəyi ilə 08.10.2021-ci il tarixinə keçirildi. Tədbir Xəzər TV kanalının canlı yayımında əvvəlcədən təyin edilmiş ünvanda (Alı Mustafayev 1B) təşkil olunacaqdır.