Bildiriş
Reklam və elanlar

Bildiriş

“Respublika” qəzetinin 7, 10, 17, 29 və 30 iyul 2021-ci il tarixli nömrələrində dərc edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən müvafiq olaraq AMEA Rəyasət Heyətinin inzibati binasında kamera sisteminin yenilənməsi və turniketlərə üztanıma sisteminin quraşdırılması işlərinin satınalınması, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin və onun zəngin kolleksiyasının təhlükəsizliyini təmin edən texniki servis xidmətlərinin həyata keçirilməsi məqsədilə avtomatik yanğınxəbərvermə və mühafizə sisteminin bərpası və servis xidmətinin satınalınması, AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının yerləşdiyi bina və ərazilərdə (inzibati və laboratoriya binaları, istehsalat, yardımçı və s. təyinatlı tikililər, xidmət sahələri, o cümlədən aidiyyəti ərazilər daxil olmaqla) təmir işlərinin satınalınması, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 ünvanında yerləşən AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsinin tabeliyində yataqxananın damında təmir işlərinin satınalınması, müxtəlif sərfiyyat və xüsusi tətbiqetmə mallarının satınalınması üzrə verilmiş açıq tender prosedurları və kotirovka sorğusu müsabiqəsinin nəticələrinə əsasən “SAFAROFF CA” Məhdud Məsuliyyətli Cəmiyyəti 25 494,84 manat, “MİCROTECH” Məhdud Məsuliyyətli Cəmiyyəti 23 314,12 manat, “FİNACCO” Məhdud Məsuliyyətli Cəmiyyəti 993 704,54 manat, “Ruslan Təmir-tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 568,42 manat, “A4 GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti 84 894,63 manat məbləğlərində verdikləri qiymət təklifləri ilə qalib elan edilmiş və həmin podratçı şirkətlərlə uyğun satınalma müqavilələri bağlanılmışdır.