İgid ölər, adı qalar     
Region

İgid ölər, adı qalar     

Azərbaycan  Respublikasının  Prezidenti,  Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  ilə  rəşadətli Azərbaycan  Ordusu  böyük  şücaət   və  yüksək  döyüş  hazırlığı göstərərək  27 sentyabr  2020-ci il tarixdən   başlayaraq,  44  gün  müddətində  torpaqlarımızı  işğaldan, düşmən  tapdağından  azad  etdi. Vətən  Müharibəsində  tarix  yazan   Biləsuvarlı  qəhrəmanlardan  biri  də  Ruslan  Üzeyir  oğlu   Qurbanov idi. 2 oktyabr  2021-ci ildə  qəhrəman  Ruslan  Qurbanovun  şəhidlik  zirvəsinə  ucalmasından  bir il ötür.    

Ruslan Üzeyir oğlu  Qurbanov  7  sentyabr   1991-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Ağalıkənd  tam orta məktəbində təhsilini  başa  vurduqdan  sonra Gəncədəki  N saylı  hərbi  hissədə  qulluq  edirdi. 
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Ruslan Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün  başlanan Vətən müharibəsi  zamanı  Murovdağ  istiqamətində  gedən döyüşlərdə  iştirak edib  və  2  oktyabr  2021-ci  ildə  Murovdağ  döyüşləri  zamanı  qəhrəmancasına  şəhid  olub. Azərbaycan  Prezidenti İlham  Əliyevin  müvafiq  sərəncamları  ilə  ölkəmizin   ərazi  bütövlüyünün  təmin  edilməsi   uğrunda  döyüş  əməliyyatlarına  qatılan və hərbi  hissə  qarşısında  qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə  görə  Ruslan  Üzeyir  oğlu   Qurbanov ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin  doğulub   boya- başa  çatdığı Ağalıkənd  kəndində  keçirilən  anım  mərasimində iştirak  edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov,  rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri  və  ictimaiyyətin nümayəndələri  iştirak etdi.  Mərasimdə rayon icra hakimiyyətinin  başçısı şəhidin  ata  ocağını ziyarət edərək  valideynləri  ilə görüşdü. Tədbir  zamanı qəhrəman şəhidimizin  yaşadığı  evə xatirə  lövhəsi vuruldu.


   Ərəstun ABDULOV,

“Respublika”.