Kotirovka
Reklam və elanlar

Kotirovka

KOTİROVKA SORĞUSU

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti 2021-ci il 20 oktyabr tarixindən 2021-ci il 07 noyabr tarixinə qədər Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında “Kənddən Şəhərə” arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkasının təşkili xidmətinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar 0125998674 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 01.10.2021-ci il saat 10:00 tarixindən 15.10.2021-ci il saat 18:00 tarixinədək qəbul olunur.

Ünvan: Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Əhməd Rəcəbli-1, 3

Telefon nömrəsi: 0125998674

E-mail: [email protected].


“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti könüllü tibbi sığorta xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu keçirir və bu sahə üzrə müvafiq Lisenziyası olan şirkətləri qeyd olunan sorğuda iştirak etməyə dəvət edir.

Qiymət kotirovkaları qapalı zərfdə 14.10.2021-ci il Bakı vaxtı ilə saat 15:00-dək Bakı şəhəri, AZ1000, Ü.Hacıbəyli küçəsi 72, M5 ünvanında yerləşən “Azərkosmos” ASC-nin Bakı ofisinə təqdim olunmalıdır. Bu müddətdən gec təqdim olunmuş zərflər qəbul edilməyəcək. Təklif zərfləri 15.10.2021-ci il tarixində Bakı-Şamaxı-Yevlax yolunun 37-ci kilometrliyində yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) saat 09:30-da açılacaqdır. Zərflərin açılışı ilə bağlı iclasda iştirak etmək istəyən hüquqi şəxslər nümayəndələrinin adına etibarnamə təqdim etməlidirlər. Kotirovka təklifi zərflərin açılışı günündən başlayaraq ən azı 30 bank günü ərzində qüvvədə olmalıdır.

Əlaqələndirici şəxs:

Təşkilati işlər departamentinin satınalmalar üzrə mütəxəssisi - Fərhad Əsgərov

Əlaqə nömrəsi: +(99412) 310-00-55.