Kotirovka
Reklam və elanlar

Kotirovka

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Fərdi mühafizə vasitələrinin (ipli çəkmə və əlcəklər) satınalınması məqsədilə

MÜSABIQƏ ELAN EDIR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il oktyabrın 04-ü saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti 1547 lahiyəli yeni tikilən 6 gəmi üçün kabel kanallarının (trey) satınalınması məqsədilə

MÜSABIQƏ ELAN EDIR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il oktyabrın 20-si saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1171.


Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi  Abşeron rayonu, Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus tikintisi nəzərdə tutulmuş “Alimlər şəhərciyi” (Science City) yaşayış kompleksinin ərazisində mühafizə xidmətinin satınalınması məqsədilə

KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30 ünvanında yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasına (əlaqələndirici şəxs: AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin tabeliyində İnzibati-təsərrüfat şöbəsinin müdiri Rizvan Həsənov, telefon: (012) 497 69 41) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini zərfdə 07 oktyabr 2021-ci il tarixdə saat 16:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 08 oktyabr 2

021-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30 ünvanında yerləşən AMEA Rəyasət Heyətinin inzibati binasında açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.


Kotirovka sorğusu elanı

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Bakı Turizm İnformasiya Mərkəzinin maşın və avadanlıqların kotirovka soğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Maraqlanan təşkilatlar (012) 498-12-44 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovkalar sorğusunda iştirak  etmək üçün sənədlər 06 oktyabr 2021-ci  il, saat 16.40 tarixinədək qəbul olunur.

Ünvan: AZ 1000, Bakı şəhəri, Üzeyir Hacibəyli 70.


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Siyəzən rayonunun Sədan kəndi ərazisində vətəndaşların qəzalı vəziyyətə düşmüş 2 ədəd 2 otaqlı fərdi yaşayış evlərinin sökülüb yenidən tikintisi” obyekti üzrə “Dövlət satınalmaları haqqında “Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələblərinə uyğun olaraq, “Təkliflər sorğusu” üsulu ilə müsabiqə keçirir.

Müsabiqədə iştirak etmək istəyənlər 2021-ci il 28 sentyabr saat 11:00-dək Bakı şəhəri, Füzuli küçəsi, bina 69, 5-ci mərtəbə, 522-ci otağa müraciət edə bilərlər. Təkliflər sorğusu 28 sentyabr 2021-ci il saat 14:30-da keçiriləcəkdir.

Əlaqələndirici şəxs: Dilarə Qasımova

Tel.: 512 22 68.