“Üç qardaş-2021” beynəlxalq təlimi davam edir
Digər xəbərlər

“Üç qardaş-2021” beynəlxalq təlimi davam edir

Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş-2021” beynəlxalq təlimi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin növbəti mərhələsində məhdud görmə şəraitində hava yolu ilə düşmən arxasına keçən xüsusi təyinatlı bölmələr gecə və gündüz, müxtəlif şəraitlərdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.

“Üç qardaş-2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

AZƏRTAC