Kotirovka
Reklam və elanlar

Kotirovka

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC Baş ofis və filiallarında olan IT avadanlıqların mərkəzdən idarəedilməsi və istifadəçi kompüterlərin viruslardan qorunmasını təmin etmək məqsədilə lisenziyaların satın alınması üzrə kotirovka sorğusu üsulu ilə keçirilən satınalma proseduru

BİLDİRİŞİ

Tarix: 07 sentyabr 2021-ci il.

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC tərəfindən “Baş ofis və filiallarında olan IT avadanlıqların mərkəzdən idarəedilməsi və istifadəçi kompüterlərin viruslardan qorunmasını təmin etmək məqsədilə lisenziyaların satın alınmasını” kotirovka sorğusu üsulu ilə həyata keçirir.

İştirak haqqı: 100.00 (yüz) manat

Benefisiar bankın adı: “Kapital Bank” ASC Səbail filialı

Swift Code: AİİBAZ2X

Benefisiar Bankın ünvanı:Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 63.

Kod: 200059

Bank VÖEN: 9900003611

Alan: AZƏRPAMBIQ AQRAR SƏNAYE KOMPLEKSİ” MMC

Alanın hesabı: AZ61AİİB38070019440435563105

Müxbir hesab: AZ37NABZ01350100000000001944

VÖEN: 1305532271

Maraqlanan təşkilatlar: +99455 500-12-95 mobil nömrəsi və yaxud [email protected] elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlaya bilərlər.

Satınalma müqaviləsi üzrə ödənişlər köçürmə yolu ilə aparılacaqdır. Malgöndərən (podratçı) tərəfindən təklif olunan mallar və işlərin qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla göstərilməlidir. Göndərilən mallar, yerinə yetiriləcək işlər və xidmətlər əsas şərtlər toplusundakı bütün tələblərə cavab verməlidir. Qiymət təklifləri ikiqat qapalı zərfdə (əsli və surəti yazılmaqla iki nüsxədə), imzalanıb möhürlənərək 20 sentyabr 2021-ci il saat 15:00-dək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35, 1033, “ASK PLAZA” 3-cü mərtəbəyə təqdim edilməlidir. Göstərilən tarixdən gec gələn zərflər satınalan təşkilat tərəfindən açılmadan geri qaytarılacaqdır. Kotirovka proseduru ilə bağlı zərflərin açılması 21 sentyabr 2021-ci il saat 11:00-da yuxarıda qeyd olunan ünvanda baş tutacaqdır.