Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti medallar qazanan idmançılarımızı təbrik edib
Sosial həyat

Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında növbəti medallar qazanan idmançılarımızı təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti medallar qazandıran idmançılarımızı təbrik edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin bununla bağlı instaqram hesabında etdiyi paylaşımda deyilir:

“Bu günədək olan nəticələrə əsasən Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi - daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi-qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

AZƏRTAC