TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Tibb Universiteti 1 LOT üzrə

AÇIQ TENDER ELAN EDİR

Lot-1. ATU-nun 4 saylı tədris binasının sanitar qovşaqlarının və Mikrobiologiya kafedrasının laboratoriya və tədris otaqlarının cari təmiri

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı:

Lot 1 – 300 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Təşkilat: Azərbaycan Tibb Universiteti

VÖEN: 1400457111

Hesab: AZ96AİİB38060019440137243111

Bank: Kapital Bank ASC Nəsimi filialı

VÖEN: 9900003611

Kodu: 200112

M/H: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T: AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

4.Tender təklifi dəyərinin 1 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

8.Podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri LOT-1 üzrə 22.09.2021 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 30.09.2021 15:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 01.10.2021 15:00-da açılacaq. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.


“AZƏRBAYCAN SƏNAYE KORPORASİYASI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KOTİROVKA SORĞUSUNA DƏVƏT EDİR

“ASK Villa”, “ASK Plaza” və “ASK Arena” inzibati binalarında bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin satın alınması

Müsabiqə iştirakçılarına təklif edilir ki, öz Kotirovka təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün müsabiqə iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Kotirovkada iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra şərtlər toplusunu əldə edə bilərlər. Əlaqələndirici şəxs Elçin İsmayılov, telefon +994 (77) 277 11 06 və ya [email protected].

İştirak haqqı: 50.00 manat

Satınalan təşkilat: “Azərbaycan Sənaye Korporasiyası” ASC

VÖEN: 1305305281

Bank: “Azərbaycan Beynəlxalq Bankı” ASC

Bankın VÖEN-i: 9900001881

Kod: 805722

SWİFT: İBAZAZ2X

H/h: AZ31İBAZ38060019446065857204

M/h: AZ03NABZ01350100000000002944

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Kotirovka sorğusunda iştirak etmək üçün yazılı müraciət;

2. Kotirovkada iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3. Kotirovka təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (qeydiyyatı 01.07.2021-ci il tarixindən sonra olmalıdır);

5. İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təqdim olunmuş maliyyə hesabatı (2020-ci il üzrə vergi orqanına təqdim edilmiş mənfəət (gəlir) vergisinin bəyannaməsinin surəti);

6. İddiaçının son 1 (bir) bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

7. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

8. İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (arayış Dövlət Statistika Komitəsi tərəfindən verilir);

9. İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, kadr potensialı, işçi qüvvəsi və texniki imkanlarının olması barədə məlumatlar;

10. İddiaçının son 3 (üç) illik anoloji iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar.

Tender proseduru “Dövlət satınalmaları haqqında” AR Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (kotirovka təklifi daxil) 14 sentyabr 2021-ci il saat 17:00-a qədər Bakı şəh., Yasamal r-nu, İzmir küç. 14, ASK VİLLA ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Zərflərin açılması ilə bağlı kotirovka proseduru 15 sentyabr 2021-ci il saat 15:00-da yuxarıda qeyd olunan ünvanda video konfrans formatında keçiriləcəkdir.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


Azərpambıq Aqrar Sənaye KompleksiMMC Microsoft 365 Business Standard lisenziyalarının  (1 illik) satın alınması üzrə kotirovka sorğusu  üsulu ilə keçirilən satınalma proseduru

BİLDİRİŞİ

Tarix: 31 avqust 2021-ci il.

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC tərəfindən “Microsoft 365 Business Standard lisenziyalarının (1 illik) satın alınmasını” kotirovka sorğusu üsulu ilə həyata keçirir.

İştirak haqqı: 100.00 (yüz) manat

Benefisiar bankın adı: “Kapital Bank” ASC Səbail filialı

Swift Code: AİİBAZ2X

Benefisiar Bankın ünvanı: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 63.

Kod: 200059

Bank VÖEN: 9900003611

Alan: “AZƏRPAMBIQ AQRAR SƏNAYE KOMPLEKSİ” MMC

Alanın hesabı: AZ61AİİB38070019440435563105

Müxbir hesab: AZ37NABZ01350100000000001944

VÖEN: 1305532271

Maraqlanan təşkilatlar: +99455 500-12-95 mobil nömrəsi və yaxud [email protected] elektron poçt ünvanı vasitəsi ilə əlaqə saxlaya bilərlər.

Satınalma müqaviləsi üzrə ödənişlər köçürmə yolu ilə aparılacaqdır. Malgöndərən (podratçı) tərəfindən təklif olunan mallar və işlərin qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla göstərilməlidir. Göndərilən mallar, yerinə yetiriləcək işlər və xidmətlər əsas şərtlər toplusundakı bütün tələblərə cavab verməlidir. Qiymət təklifləri ikiqat qapalı zərfdə (əsli və surəti yazılmaqla iki nüsxədə), imzalanıb möhürlənərək 13 sentyabr 2021-ci il saat 15:00-dək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 35, 1033, “ASK PLAZA” 3-cü mərtəbəyə təqdim edilməlidir. Göstərilən tarixdən gec gələn zərflər satınalan təşkilat tərəfindən açılmadan geri qaytarılacaqdır. Kotirovka proseduru ilə bağlı zərflərin açılması 14 sentyabr 2021-ci il saat 11:00-da yuxarıda qeyd olunan ünvanda baş tutacaqdır.