Bildiriş
Reklam və elanlar

Bildiriş

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Filizçay polimetal yatağına dair Texniki-İqtisadi Əsaslandırma sənədi və ilkin detallı layihələndirmə sənədləri üzrə iş həcmlərinin hazırlanması istiqamətində məsləhət xidmətlərinin satınalınması ilə əlaqədar təkliflər sorğusunda iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib. Təkliflər sorğusu prosedurunun nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən Micon İnternatinal Co Limited qalib elan edilib və onunla 2 050 577.77 ABŞ dolları (3485982.20 AZN) məbləğində satınalma müqaviləsi bağlanıb.


“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” Publik Hüquqi Şəxsi üzrə tələb olunan müxtəlif növ dəftərxana, ofis ləvazimatlarının alınması, promo və çap məhsullarının (tərtibat, dizayn, redaktə, tərcümə, səhifələnmə) hazırlanmasının satınalınması məqsədilə 10 may 2021-ci il tarixində keçirilmiş açıq tender sorğusunda “İMPERİYA REKLAM VƏ TƏCHİZAT” MMC qalib gəlmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Azərbaycan Memarlıq və İnşaat Universitetinin 26 avqust 2021-ci il tarixində “Respublika” qəzetində verilmiş elanında “Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2 və 3 saylı tədris binalarının və universitetin 0.4 kV-lıq elektrik xəttinin cari təmiri” işləri üzrə nəzərdə tutulan tender prosedurunda iştirak haqqı mexaniki olaraq səhv qeyd olunmuşdur. Mexaniki səhv aradan qadırılaraq Tenderdə iştirak haqqı 500 (beş yüz) manat nəzərdə tutulmuşdur.

Ünvan: Bakı şəhəri, A.Sultanova küçəsi 11

Əlaqə telefonu: 538-75-07

Əlaqələndirici şəxs: Ələkbərov Vasif


“Göyəzən” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının nəzərinə!

14 oktyabr 2021-ci il tarixdə saat 11:00-da səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın keçirilməsi “Göyəzən” ASC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 116-da (yeni qaydalarla 196) yerləşən inzibati binada nəzərdə tutulmuşdur.

Gündəliyə aşağıdakı məsələlər daxil edilmişdir:

1. “Göyəzən” ASC-nin Direktorlar şurasına (Müşahidə Şurasına) yeni üzvlərin və sədrin seçilməsi;

2. “Göyəzən” ASC-nin İcra orqanın (İdarə Heyətinin) yenidən formalaşdırılması;

3. “Göyəzən” ASC-nin Maliyyə-Təftiş Komissiyasının (müfəttiş) yenidən formalaşdırılması;

4. “Göyəzən” ASC-nin fəaliyyətinə dair illik hesabatının dinlənilməsi;

5. “Göyəzən” ASC-nin 2020-ci il maliyyə hesabatlarının yoxlanılması üçün müstəqil kənar auditorun cəlb edilməsi.

Gündəliyə daxil edilmiş məsələlərə dair sənədlərlə tanış olmaq üçün həftənin I-V günləri saat 10:00-dan 13:00-dək 050-556-24-16 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.