TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Əməyin mühafizəsi tələblərinin icrasının təmin edilməsi məqsədilə işçi geyim və mühafizə vasitələrinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adıçəkilən tenderin bölməsində əldə edə bilərlər (əlaqələndirici şəxs: Jalə Rüstəmova, telefon +994(55)500-12-95 və ya [email protected]).

İştirak haqqı: 100.00 (yüz) manat

İddiaçı iştirakçı statusunu almaq üçün 100 (yüz) manat məbləğində iştirak haqqının ödənilməsini yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak etmək üçün yazılı müraciət

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

3.Tender təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır)

4.Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır)

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (2020-2021-ci ili əhatə etməli)

6.İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş)

7.İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli)

8.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;(notarial qaydada təsdiq olunmuş sənədin skan forması)

9.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır)

10.Malların mənşə ölkəsini (mənşə sertifikatı), keyfiyyət və uyğunluğunu təsdiq edən sənəd

11.İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar (rəsmi təsdiq olunmuş sənədin surəti).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 15.09.2021-ci il saat 11:00 tarixinə qədər, tender təklifi və bank təminatı isə 23.09.2021-ci il saat 12:00-a qədər www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 24.09.2021-ci il saat 11:00-da www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsilə həyata keçiriləcək. Əsas şərtlər toplusu ilə bağlı əlavə məlumat almaq üçün “Azərpambıq ASK” MMC-nin əməkdaşı Jalə Rüstəmova ilə (tel.: +994 (55) 500-12-95, email: [email protected]) müraciət edə bilərsiniz.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


Azərbaycan Memarlıq və İnşaat Universiteti

AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2 və 3 saylı tədris binalarının və universitetin həyətində 0.4 kV-lıq elektrik xəttinin cari təmiri” işləri üzrə tender elan edir.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yuxarıda göstərilən işlər üzrə tender təkliflərini elektron qaydada təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir.

Aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, analoji işlərində təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarna malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 300 (üç yüz) AZN məbləğində iştirak haqqını aşağıda  göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində əsas Şərtlər toplusunu elektron portaldan(etender.gov.az) əldə edə (əlaqələndirici şəxs: V.R.Ələkbərovdan, Telefon: 538-75-07) bilərlər.

İştirak haqqı bu hesaba köçürülməlidir:

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Ünvan: AZ 1073, Bakı şəhəri, Ayna Sultanova küçəsi 11

VÖEN:1300430721

H/h: AZ36AİİB33070019443307889103

Kapital Bank Yasamal filialı

KOD - 200037,  VÖEN: 9900003611

M/h: AZ37NABZ01350100000000001944

S.W.İ.F.T.AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün elektron müraciət;

-tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;

-son 1 (bir) il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son 1(bir) il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Tender proseduru “Dövlət Satınalmaları haqqında” Qanunauyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 sentyabr 2021-ci il saat 15:00-a qədər, tender təklifi və bank zəmanətini 24 sentyabr 2021-ci il saat 15:00-a qədər elektron portala (etender.gov.az) təqdim etməlidirlər.

İddiaçıların təklifləri 27sentyabr 2021-ci il saat 15:00-da elektron qaydada (etender.gov.az) açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.


“İnnovasiya və Təchizat Mərkəzi” PHŞ tərəfindən 2021-ci il üzrə dövlət büdcəsi vəsaiti hesabına Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulan və Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrini dərman vasitələri, sarğı ləvazimatları və materialları ilə təmin etmək məqsədilə potensial imkanlara (işçi qüvvəsinə, müvafiq işlər üzrə təcrübəyə, aidiyyəti ixtisasa, maliyyə və texniki imkanlara) malik olan hüquqi və fiziki şəxsləri

AÇIQ TENDERƏ DƏVƏT EDIR

Lot 1 - Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin  satınalınması.

Lot 2 - Şəkərli diabet üzrə  Dövlət Proqramına  uyğun nəzərdə tutulmuş dərman və tibbi ləvazimatların satınalınması

Tender təklifləri “bal” sistemi üsulu ilə qiymətləndiriləcəkdir. Üstünlük veriləcək meyarlar: ən səmərəli qiymət, yüksək keyfiyyət və qrafikə uyğun malların təhvil verilməsi.

Malların təchizat qrafiki 20.10.2021-ci ildən 31.12.2021-ci il tarixə kimi nəzərdə tutulmuşdur.

Tenderdə iştirak etmək istəyənlər  29 sentyabr 2021-ci il saat 17:00 tarixə kimi aşağıdakı sənədləri təqdim etməlidirlər.

Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;

İştirak haqqının ödənilməsi barədə bank sənədi;

İddiaçının  son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

İddiaçının hüquqi statusunu təsdiq edən sənədlər; - qeydiyyatdan keçdiyi ölkə, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və digər hüquqi sənədlərin notarial təsdiq olunmuş surətləri, hüquqi ünvanı və bank rekvizitləri;

İddiaçının potensial (peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi) imkanlarının olması haqqında məlumat;

Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair təmin edilməmiş öhdəliklərin olub-olmaması barədə arayış;

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə məlumat;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat ;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;

- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;

- analoji işlər üzrə bağlanmış müqavilələrin olması.

Tender komissiyasının zəruri saydığı digər arayış və sənədlər;

Tenderdə iştirak haqqı ödəməsinə baxmayaraq rəsmi müraciət etmiş iddiaçıların ixtisas uyğunluğu ilkin qiymətləndirilərək tender predmetini əhatə etməyən və ixtisası uyğun olmayan iddiaçılar kənarlaşdırılacaqdır. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.

Tenderdə iştirak haqları aşağıdakı kimi müəyyənləşdirilmişdir.

1-ci Lot - 1100 manat, 2-ci Lot - 1000 manat,

İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:

Alan: “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ

AZ91CTRE00000000000002128215(002741) Fond 7 maddə 142330

VÖEN 1300242201

Dövlət Xəzinədarlıq Agentliyi

VÖEN: 1401555071

M/h AZ41NABZ 01360100000000003944            

Kod 210005

SWİFT Bik CTREAZ 22

İddiaçılar Azərbaycan dilində hazırladıqları tender təkliflərini və təklifin 1 (bir) faizi məbləğində Bank təminatını (təklif zərfləri açıldığı gündən sonra azı 90 bank günü ərzində qüvvədə olmalıdır) bağlı zərfdə 07 oktyabr 2021-ci il tarixdə saat 18:00-a qədər “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ-yə (Ünvan: Bakı şəhəri Hacı-Həsən ŞTQ, Xocahəsən qəs. ev 3 Tel: 346-11-33, faks 346-03-16) təqdim etməlidirlər   

Gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi bir ədəd əsli, bir ədəd surəti ikiqat zərfə daxil edilərək imzalanmış, möhürlənmiş şəkildə olmalıdır. Zərfin üzərinə “08 oktyabr 2021-ci il tarixdə saat 15:00-a kimi açılmamalıdır” sözləri yazılmalıdır. Tender təklifləri açıldığı gündən sonra azı 60 bank günü ərzində qüvvədə olmalıdır.

Tender təklifləri olan zərflər 08 oktyabr 2021-ci il tarixdə saat 15:00-da “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ-də açılacaqdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.

Əlavə məlumat www.Tender.Gov.az internet saytında yerləşdirilmişdir.