Bildiriş
Reklam və elanlar

Bildiriş

“Respublika” qəzetinin 15 avqust 2021-ci il tarixli, 170 saylı nömrəsində (səh. 8) “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in kotirovka sorğusu elanında kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 27.08.2021-ci il saat 16:00 tarixinədək deyil, 30.08.2021-ci il saat 16:00 tarixinədək və zərflərin açılışı 28.08.2021-ci il saat 11:00 deyil, 31.08.2021-ci il saat 11:00-a kimi dəyişdirilmişdir.


“Sabunçu Bazarı” ASC səhmdarlarının nəzərinə!

“Sabunçu Bazarı” ASC (Bundan sonra “Cəmiyyət”), öz səhmdarlarını 04 oktyabr 2021-ci il saat 13:00-da keçiriləcək illik ümumi yığıncağa dəvət edir. Ölkədə xüsusi karantin rejiminin davam etməsinə görə və mövcud məhdudiyyətlərlə əlaqədar olaraq, illik ümumi yığıncaq onlayn qaydada, videokonfrans şəklində, “Zoom” platformasında keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi:

1. “Sabunçu Bazarı” Açıq Səhmdar Cəmiyyətinin idarəetmə, nəzarət və icra orqanlarının seçilməsi

2. “Sabunçu Bazarı” Açıq Səhmdar Cəmiyyətinin 2019-2020-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.

Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək, Səhmdar Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 ünvanında yerləşən inzibati binasında, Səhmdar Cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. Ümumi yığıncaqda iştirak etmək üçün onlayn qoşulma vasitəsi bildirişdə qeyd olunacaqdır.

Əlaqə: (051) 491-91-61


“Bakı Metropoliteni” QSC tərəfindən 04 avqust 2021-ci il tarixdə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə Bakı Metropoliteninin III yeni (“Bənövşəyi”) xəttinə aid “Xocasən” elektrik deposunda platforma sahəsində, 240 m3-luq su anbarında,  vestibül və yeraltı keçiddə müxtəlif santexnika işlərinin satınalınmasına dair “Açıq Tender” (Elektron) üsulu ilə müsabiqə keçirilmiş və “TMS LTD” MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 34 523,68 manat (otuz dörd min beş yüz iyirmi üç manat, 68 qəpik) ƏDV daxil  məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.


“Bakı Metropoliteni” QSC 23.07.2021-ci il tarixdə Dövlət Satınalmalarının Vahid İnternet Portalı vasitəsi ilə “Bakı Metropoliteni” QSC-nin Xocəsən deposu ərazisində tikilən obyektləri üçün kafel, metlax və keramoqranitin satın alınmasına dair “Açıq Tender” (Elektron) üsulu ilə müsabiqə keçirmiş və “NB TRADİNG” MMC  qalib elan olunmuşdur.

Qalib gəlmiş təşkilat ilə  ƏDV   daxil  126 897,20   manat (yüz iyirmi altı min səkkiz yüz doxsan yeddi  manat 20 qəpik)   məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.