TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Şirvan Şəhər İcra Hakimiyyəti Lot-1: Şirvan şəhərində yaşayış binalarının əsaslı təmiri işlərinin satınalınması üzrə

AÇIQ TENDERƏ DƏVƏT EDIR

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, malların (iş və xidmətlərin) qısa müddətdə təhvil verilməsi, malgöndərənin (podratçının) aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Əlaqələndirici şəxs: Mustafayev Məharət Məhbus oğlu

Əlaqə telefonu: (021) 215 11 11

Ünvan: Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot - 1: Şirvan şəhərində yaşayış binalarının əsaslı təmiri işləri

Maraqlananlar tenderin Əsas Şərtlər Toplusunu (ƏŞT) (ƏŞT Azərbaycan dilində hazırlanmışdır) aşağıda qeyd olunan hesaba dövlət satınalmalarının vahid internet portalında “Asan ödəniş” sisteminə keçid edərək iştirak haqqını 150,00 (Bir yüz əlli) manat məbləğində vəsaiti aşağıda göstərilən hesaba nağdsız ödəniş etməklə tenderdə iştirak etmək üçün elektron müraciət edərək, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri:

Şirvan Şəhər İcra Hakimiyyəti

13 saylı Regional Xəzinədarlıq İdarəsi

H/H:AZ27CTRE00000000000002513031

VÖEN: 2100029711

Bankın adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

SWİFT BİK CTREAZ22

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

3. Tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədəolma müddəti tender təklifinin qüvvədəolma müddətindən azı  30 (otuz) bank günü çox olmalıdır);

4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər:

4.1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

4.2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

4.3. Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin Əsas Şərtlər Toplusunda tələb olunan sənədlər şəklində və formalarda təqdim olunmalıdır);

4.4. Vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

4.5. Malgöndərən (podratçı) tərəfindən işçilərinin sayı və lazımi texniki imkanlarının olması barədə məlumat;

4.6. Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

4.7. İddiaçıların son 2 (iki) il ərzində digər təşkilatlarla iş birliyi haqqında qısa məlumat.

Malgöndərənlər (podratçılar) qeyd olunan sənədləri, öz tender təkliflərini və bank zəmanətini elanda qeyd olunan tarix və vaxta kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

LOT - 1: Şirvan şəhərində yaşayış binalarının əsaslı təmiri işləri üzrə iddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 10 sentyabr 2021-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatı sənədlərinin isə 20 sentyabr 2021-ci il saat 11:00-a qədər portal vasitəsi ilə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifləri 21 sentyabr 2021-ci il tarixdə saat 11:00-da elektron portal vasitəsilə açılacaqdır.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası maşın və avadanlıqların alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Tələb olunan sənədlər:

Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış (16.08.2021-ci il tarixindən sonra alınmaqla zəruridir) və s.

Bank rekvizitləri:

Dövlət Xəzinədarlıq Ağentliyi

KOD-210005

VÖEN-1401555071

M/h-AZ41NABZ01360100000000003944

SWİFT BİK-CTREAZ22

H/h-AZ04CTRE00000000000002077401

VÖEN-1200114691

BTK-142330  fond-7

iştirak haqqı 350 (üç yüz əlli) manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

QEYD: tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

İddiaçılar tenderdə tələb olunan sənədləri 07 sentyabr 2021-ci il saat 17.00-dək portal vasitəsilə təqdim etməlidirlər.

Təklif zərfləri 16 sentyabr 2021-ci il saat 17.00-da portal vasitəsilə açılacaqdır.

Əlavə suallar üçün əlaqələndirici şəxs: Məmmədli Mətin, telefon: 012-454-30-58


Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi  Ümumtəhsil məktəblərinin yüksək sürətli internet şəbəkəsinə qoşulması, pandemiya dövründə şagirdlərin təhsilə cəlb olunmasını təmin etmək məqsədi ilə distant təhsilin təşkili ilə əlaqədar məktəblərin fiberoptik kabellə internetə qoşulması üzrə

TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

Tender aşağıdakı pedmet üzrə keçirilir:

Predmet: Ümumtəhsil məktəblərinin yüksək sürətli internet şəbəkəsinə qoşulması, pandemiya dövründə şagirdlərin təhsilə cəlb olunmasını təmin etmək məqsədi ilə distant təhsilin təşkili ilə əlaqədar məktəblərin fiberoptik kabellə internetə qoşulması.

Tender iştirakçılarına təklif edilir ki, predmet üzrə öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşagıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti işlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.

Əlaqələndirici şəxs: Murad Şəmsəddin oğlu Yusifov

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 909-cu məhəllə.

Əlaqə nömrəsi: Telefon: (+99412) 565-02-37 (daxili: 2023), Faks: (+99412) 565-02-38, Email: [email protected]

Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 500 (beş yüz) AZN məbləğində vəsait ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifatının kodu: 142340

H/h: AZ73CTRE00000000000002168503

Vöen: 1501267101

Dövlət Xəzinədarlığı Agentliyi

Vöen: 1401555071

Kod: 210005

M/h: AZ41NABZ01360100000000003944

Swift: CTREAZ22.

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blankda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər.

1-Tenderdə iştirak etmək üçün yazılı müraciət,

2-İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi),

3-Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin notariat qaydasında 2021-ci ildə təsdiq edilmiş surəti,

4-Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında Şəhadətnamənin notariat qaydasında 2021-ci ildə təsdiq edilmiş surəti,

5-Nizamnaməsinin (Əsasnaməsinin) notariat qaydasında 2021-ci ildə təsdiq edilmiş surəti,

6-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin yerinə yetirilməsi, həmçinin vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış 2021-ci il,

7-Son bir ildəki maliyyə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının, balansının (forma  №2 ilə birlikdə) surəti,

8.0-Son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,

8.1-Bank rekvizitləri

Müəssisənin adı:

Müəssisənin rəhbərinin soyadı, adı, atasının adı:

Müəssisənin ünvanı:

Müəssisənin əlaqə nömrəsi:

Müəssisənin VÖEN-i:

Bankın adı:

Bankın ünvanı:

Bankın VÖEN-i:

Bankın kodu:

Bankın müxbir hesabı:

Bankın hesablaşma hesabı:

Bankın S.W.İ.F.T.-i:

9-İddiaçıların analoji işlər üzrə təcrübəsi və potensial imkanı haqqında məlumat (geniş tərkibli arayış),

10-Məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə arayış,

11-İşin icrası ilə bağlı subpodratçı qismində başqa firmalardan istifadə olunub-olunmayacağı barədə məlumat (əgər istifadə olunacaqsa həmin firma ilə iddiaçı arasında bu barədə tərtib olunmuş razılaşma sənədinə “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi” tərəfindən verilmiş razılıq məktubunun surəti də əlavə olunmalıdır),

12-İddiaçının ixtisas uyğunluğu barədə sənədlər

12.1-texniki imkanlara uyğun olması

12.2-kadr potensialı haqqında məlumat (müəssisənin ştat cədvəli, cəlb olunacaq işçilərin təhsili, peşəkarlığı, təcrübəsi haqqında məlumat).

13-2020-ci ildə rüblər üzrə DSMF-a təqdim olunmuş hesabatların surəti,

14-2021-ci il üzrə işçilərin gəlir vergisi ilə bağlı vergi orqanına təqdim olunan hesabatın surəti,

15-İddiaçının son 2 (iki) ildə iştirak etdiyi tender üzrə icra olunan məbləğ,

16-Tender təklifləri zərflər açıldığı gündən sonra ən azı 40 (qırx) bank günü müddətində qüvvədə qalmalıdır.

17-Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin qiymətinin 1 (bir) %-i həcmində tender təklifinin təminatı-bank zəmanəti (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır).

Qeyd: Xarici şirkətlər tender prosedurunda iştirak etmək istədikdə, onlarıAzərbaycanda nümayəndəliyinin olmasını təsdiq edən sənədlər.

Malgöndərənlər (podratçılar) 1-15-ci bəndlərdə qeyd olunan sənədləri 26 avqust 2021-ci il saat 17:00-a qədər tender komissiyasına təqdim etməlidirlər. Malgöndərənlər (podratçılar) öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə) 31 avqust 2021-ci il saat 17:00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifləri zərfləri 01 sentyabr 2021-ci il tarixində saat 15:00-da Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Kollegiya zalında açılacaqdır.