TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

AĞSTAFA RİHB-nın AĞSTAFA ŞƏHƏR İƏD ÜZRƏ NÜMAYƏNDƏLİYİ 2021-ci il üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 LOT üzrə keçirilir

Lot-1. AĞSTAFA ŞƏHƏRİNDƏ ABADLIQ İŞLƏRİNİN SATINALINMASI

İştirak haqqı 100 manatdır.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatları əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar öz tender təkliflərində bütün vergi rüsumları və digər xərclərini nəzərə almalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Əkbərzadə Şükür Vaqif oğlu

Ünvan: Ağstafa şəhəri, R.Alıcanov 64

Bank rekvizitləri

Ağstafa şəhər iəd üzrə nümayəndəliyi

VÖEN: 3600070961

h/h AZ08CTRE00000000000002513732

Dövlət Xəzinadarlıq Agentliyi

Kod: 210005

Voen: 1401555071

M/h AZ41NABZ01360100000000003944

CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi olkə və rekvizitləri;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının sürəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədlər 06 sentyabr 2021-ci il saat 12:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 14.09.2021-ci il saat 12:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 15.09.2021-ci il saat 12:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.


MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ

AÇIQ TENDER ELAN EDIR

Tender 1 (bir) LOT üzrə keçirilir.

Lot 1. Mingəçevir Dövlət Universitetinin Tədris korpusunun və İdman - Sağlamlıq Kompleksinin cari təmir işləri

Tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar Lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı LOT üzrə 200 (iki yüz) manat

Mingəçevir Dövlət Universiteti

Hesab: AZ15AİİB33080019442905187129

VÖEN: 2700208321

Adı: Kapital bank Mingəçevir filialı

Kodu: 200297

VÖEN: 9900003611

Müxbir hesab AZ37NABZ01350100000000001944

S.W.İ.F.T. Bik: AİİBAZ2X

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

-İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (Tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi, vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;

-İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

-İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Əsas şərtlər toplusunda qeyd olunmuş müvafiq sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır.

İddiaçılar Tender ilə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 03 sentyabr 2021-ci il saat 11:00-a qədər və tender təklifi və bank təminatı sənədlərini 13 sentyabr 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidir.

İddiaçıların təklifləri 14 sentyabr 2021-ci il saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.


“Bakı Dəmir Beton-8” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılması barədə

BİLDİRİŞ

“Bakı Dəmir Beton - 8” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) qeyri-qənaətbəxş və zərərli fəaliyyət göstərməsi ilə əlaqədar Cəmiyyətin Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq ləğv edilməsi məsələsinin müzakirə edilməsi məqsədilə Cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsi barədə “Foton” MMC-nin 12 avqust 2021-ci il tarixli yazılı tələbinin və Cəmiyyətinin müşahidə şurasının 13 avqust 2021-ci il tarixli növbədənkənar iclasının qərarının icrası olaraq səhmdarların növbədənkənar ümumi yığıncağının çağırılması zərurəti yaranmışdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağının iclası 1 sentyabr 2021-ci il tarixdə saat 11:00-da “Bakı Dəmir Beton - 8” Açıq Səhmdar Cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Dərnəgül qəsəbəsi, Ə.Rəcəbli küçəsi, 11/33 ünvanında keçiriləcək.

Cəmiyyətin növbədənkənar ümumi yığıncağının gündəliyinə çıxarılması təklif edilmiş məsələlər aşağıdakılardır:

1. “Bakı Dəmir Beton-8” ASC-nin (VÖEN: 1000063211) (bundan sonra “Cəmiyyət”) ləğv edilməsi;

2. Dadaşov Kəmaləddin Nağı oğlunun Cəmiyyətin direktoru vəzifəsindən azad edilməsi;

3. Nağıyev Ənvər Həsən oğlunun, Əhmədov Fərid Rafiq oğlunun, Muradov Kamal Əli oğlunun, Kərimov Kərim Məhiş oğlunun və Zamanova Səadət Fərəməz qızının Cəmiyyətin Ləğvetmə Komissiyasının üzvü təyin edilməsi və onlara qanuni təmsilçiyə aid bütün səlahiyyətlərin həvalə edilməsi;

4. Səsvermənin nəticələrinin müəyyən edilməsi üçün sayı üç nəfərdən az olmayan hesablama komissiyasının yaradılması;

5. Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə Cəmiyyətin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc edilməsi;

6. Cəmiyyətin ləğv prosesində olması barədə məlumatın mövcud qanunvericiliyə uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə ərizə ilə müraciət edilməsi;

7. Ləğvetmə Komissiyasının Cəmiyyətin ləğvi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşağıdakı tədbirlərin görülməsi üçün səlahiyyətli edilməsi:

dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbuat orqanlarında Cəmiyyətin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumatların dərc edilməsi;

kreditorların aşkar edilməsi və debitor borcunun alınması üçün tədbirlərin görülməsi, habelə hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildirişlərin göndərilməsi;

dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqlar üzrə borcların olub-olmamasının müəyyən edilməsi;

kreditorların tələblərinin irəli sürülməsi üçün müddəti bitdikdən sonra aralıq ləğvetmə balansının təsdiq edilməsi və səhmdarlara göndərilməsi;

kreditorlar ilə hesablaşmalar başa çatdıqdan sonra ləğvetmə balansının və qalıq əmlakın səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq edilməsi və qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq Cəmiyyətin səhmdarlarına təqdim edilməsi;

qalan əmlakın bölünməsindən sonra təsdiq olunmuş ləğvetmə balansının, qalıq əmlakın bölünməsi planını əks etdirən hesabatın, həmin əmlakın səhmdarlara təqdim edilməsini təsdiq edən sənədin və mövcud qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlərin hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilərək müvafiq icra hakimiyyəti orqanına göndərilməsi;

Cəmiyyətin ləğvi ilə əlaqədar məsələlərin vergi, qeyri-büdcə fondları, bank və digər təşkilatlarla həlli üçün bütün digər təşkilati-hüquqi tədbirlərin görülməsi.


FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİNİN TİKİLMƏKDƏ OLAN OBYEKTLƏRİN BİRLƏŞMİŞ MÜDİRİYYƏTİ

AÇIQ TENDER ELAN EDIR

Tender 1 (bir) LOT üzrə keçirilir.

Lot 1. Hacıqabul şəhəri, Ə.Vahid küçəsi 47 ünvanda yerləşən qəzalı vəziyyətdə olan binanın sakinləri üçün Hacıqabul-Şirvan yolunun qərbində yaşayış binasının tikintisi.

Tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar Lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 1000 (bir min) manat

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ TİKİNTİDƏ TƏHLÜKƏSİZLİYƏ NƏZARƏT DÖVLƏT AGENTLİYİNİN TİKİLMƏKDƏ OLAN OBYEKTLƏRİN BİRLƏŞMİŞ MÜDİRİYYƏTİ

Hesab: H/h AZ22CTRE00000000000002658301

VÖEN: 1500495621

Fond:7

İqtisadi təsnifat: 142330

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesabı:

AZ41NABZ01360100000000003944

S.W.İ.F.T. BİK CTREAZ 22

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (Tender təklifinin qüvvədə olduğu tarixdən azı 30 (otuz) bank günü çox olmalıdır);

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar(elanın verildiyi tarixdən sonra alınmalıdır);

İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı(elanın verildiyi tarixdən sonra alınmalıdır);

İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

Əsas şərtlər toplusunda qeyd olunan müvafiq sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır.

İddiaçılar Tender ilə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.Tender proseduru “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 02 sentyabr 2021-ci il saat 16:30-a qədər və tender təklifi və bank təminatı sənədlərini 10 sentyabr 2021-ci il saat 16:30-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 10 sentyabr 2021-ci il saat 16:30-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.