Kotirovka
Reklam və elanlar

Kotirovka

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Dizel mühərrikin, hava kompressoru və ehtiyat hissələrinin satınalınması məqsədilə

MÜSABIQƏ ELAN EDIR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2021-ci il avqustun 23-ü saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1263.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi sərnişindaşıma və yükdaşıma xidmətlərinin təkliflər sorğusu üsulu ilə satınalınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 342-68-72 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 2021-ci il 27 avqust saat 18:00-dək qəbul olunur.

Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 (104-cü otaq).