Müdafiə Nazirliyi: Mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub
Digər xəbərlər

Müdafiə Nazirliyi: Mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub

Avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

AZƏRTAC