Beyləqan: Vətən  müharibəsinin  qəhrəmanları
Region

Beyləqan: Vətən  müharibəsinin  qəhrəmanları

Beyləqan   Rayon  İcra  Hakimiyyətinin, Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət   Xidmətinin  Rayon  Şöbəsinin  birgə  təşkilatçılığı  ilə  Beyləqan   Rayon  İcra  Hakimiyyətində  şəhid  ailələri  və  qazilərlə  görüş  təşkil  edildi. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən xalqımıza qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçərək həlak olmuş qəhrəman şəhidlərimizin ailələrinə və Vətən müharibəsi iştirakçılarının növbəti dəfə medallarla təqdim olunma mərasimi keçirildi.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə   Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev   44  günlük   Vətən müharibəsində  Müzəffər  Ali   Baş  Komandanın  rəhbərliyi   altında  Azərbaycan  ordusunun  şücaətindən  danışdı.  Bildirdi  ki, dövlət  başçısının  diqqət  və  qayğısı  sayəsində  Azərbaycan  ordusu  nəinki  Cənubi  Qafqazın,  dünyanın  ən  peşəkar  orduları  sırasına  yüksəlib.  Vətən  müharibəsində  Azərbaycan  Ordusunun  peşəkarlığı  dünyanın  müxtəlif  ölkələrinin  hərbi  ekspertləri  tərəfindən  yüksək  qiymətləndirilib.  Rayon  rəhbəri  şəhidlərimizin və müharibə iştirakçılarının qəhrəmanlığından söz açaraq onlarla bütün Azərbaycan xalqının fəxr etdiyini, yaddaşlardan silinməyən bir tarix yazdıqlarını qeyd etdi. Asif Ağayev Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid və Vətən müharibəsi iştirakçılarının ailələrinə minnətdarlığını bildirdi.

Tədbirdə 55 nəfər döyüş iştirakçısı, 8 şəhid ailəsi, 10 nəfər qazi iştirak edib. Ümumilikdə, Beyləqan rayonu üzrə 425 qazi, döyüş iştirakçısı və şəhid ailəsinə medal və ordenlər təqdim olunub.

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə  öz minnətdarlıqlarını bildiriblər.

Ərəstun ABDULOV,

“Respublika”.