Bildiriş
Reklam və elanlar

Bildiriş

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən 06 may 2021-ci il tarixdə elan edilmiş açıq tender üsulu ilə elektron satınalma metodu ilə keçirilmiş müsabiqə üzrə iddiaçılardan Portal vasitəsilə daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və “Atmosferdə baş verən hidrometeoroloji proseslərin və onlarla əlaqədar təhlükəli hava hadisələrinin müşahidəsinin səmərəliliyinin artırılması məqsədilə radar, meteoroloji, hidroloji və dəniz müşahidə şəbəkəsinin vahid mərkəzdən idarə edilməsi sisteminin təşkili və xüsusi proqram təminatının alınması” işlərinin satın alınması üzrə “POLYMEDİA” MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


A two-stage tender procedure has been organized by "Azerbaijan Industrial Corporation" OJSC (hereinafter - the AIC) for involving a consulting engineering company in order to prepare a comprehensive feasibility study, select a cost-effective, environmentally safe technology for evaluation of alunite ore and production of the alunite, obtain the alunite ore suitable for alumina production with the most modern enrichment technology, extract the alumina, fertilizers and other useful products by processing the extracted alunite concentrate, asses alumite ore reserves in "Dashkasan Zaylik Alunite Mine" located in Dashkasan Region of the Azerbaijan Republic. As a result of the procurement procedure, Micon International, Co Limited located at Suite 10, Keswick Hall, Keswick, Norwich, NR4 6TJ, United Kingdom, won in accordance with Article 36.7.2 of the Law on Public Procurement of the Republic of Azerbaijan. On July 27, 2021, a contract was signed with this organization in the amount of 419,845.00 $ (four hundred nineteen thousand eight hundred forty-five US dollars) excluding all taxes.


“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti buklet, kataloq və digər mətbəə-çap məhsullarının satın alınması üçün kotirovka sorğusu proseduru keçirmişdir. Keçirilmiş kotirovka sorğusunun qalibi Azərbaycan, Bakı şəh., Nobel prospekti 15 ünvanında yerləşən “ARTEAST GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Həmin şirkətlə 05.08.2021-ci il tarixində ƏDV daxil olmaqla 5 262.80 AZN (beş min iki yüz altmış iki manat, səksən qəpik) məbləğində müqavilə imzalanmışdır.


“Respublika” qəzetinin 09 iyul 2021-ci il tarixli nömrəsində dərc edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 ünvanında yerləşən AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin tabeliyində yataqxanada 1 (bir) ədəd mövcud sərnişin liftinin avadanlıqlarının yenisi ilə əvəz olunması işlərinin satın alınmasına dair elan edilmiş kotirovka sorğusu müsabiqəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövləti Xidmətinin müvafiq məktubuna əsasən ləğv edilir. Bu məqsədlə növbəti dəfə yenidən müvafiq qaydada elan veriləcəkdir.