TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi 2021-ci ildə “6874 ədəd kompüter avadanlıqlarının (noutbukların) alınması işlərinin satınalınması üzrə

AÇIQ TENDER ELAN EDIR (2-CI ELAN)

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən 2021-ci il ərzində ayrılmış büdcə vəsaitləri çərçivəsində malların (iş və xidmətlərin) satınalınması məqsədilə tender elan edir.

Tender 1 lot üzrə keçirilir:

Lot-1. Təhsil müəssisələri üçün “6874 ədəd noutbukların alınması” işlərinin satınalınması;

Tenderdə iştirak etmək istəyənlər 1000 (bir min) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq 909 ünvanından (əlaqələndirici şəxs-İdris Mayılov, tel: (+99412) 599-12-37) ala bilərlər:

Təşkilat: Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi

Bankın adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN Bank: 1401555071

M/h: AZ41NABZ01360100000000003

944

S.W.İ.F.T.: CTREAZ22

H/h: AZ73CTRE00000000000002168503

VÖEN Təşkilat: 1501267101

Büdcə səviyyəsinin kodu: 7

Büdcə təsnifatının kodu: 142330

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı);

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən bank arayışı);

- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq salahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə);

- Azərbaycan Respublikasının mövcüd qanunvericiliyində və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində qəbul olunmuş sertifikatlar (mənşə sertifikatı, uyğunluq sertifikatı və s. zərflər ilə (qiymət təklifi ilə) birlikdə gətirilməlidir);

- iddiaçı tərəfindən doldurulmuş tenderin əsas şərtlər toplusunun “Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat” cədvəli (Əlavə 1)

- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, eləcədə satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər;

- tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;

- iddiaçının tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 60 bank günü qüvvədə olmalıdır; ödəniş şərtləri, malların tam göndərilməsi (təhvil verilməsi) müddəti və mallar üçün təminat şərtləri barədə məlumatlar tender təkifinin tərkib hissəsi sayılaraq təqdim olunmalıdır);

- iddiaçının tender təklifinin bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır və tender təklifinin ümumi qiymətinin 1 (bir)%-ni təşkil etməlidir).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 30.08.2021-ci il saat 17:00-dək, tender təklifi və tender təklifinin bank təminatını 07.09.2021-ci il 17:00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 08.09.2021-ci il saat 15.00-da Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində yerləşən iclas zalında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 lot üzrə keçirilir:

Lot 1 - Biləsuvar TST-nin suvarılmasını təmin edən Pivot sisteminin bərpası və növbəti mövsüm suvarılmanın daha əlverişli təmin olunması üçün müxtəlif adda malların satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adı çəkilən tenderin bölməsində əldə edə bilərlər. (əlaqələndirici şəxs Jalə Rüstəmova, telefon +994(55)500 12 95  və ya [email protected]).

İştirak haqqı: 50.00 (əlli) manat

İddiaçı iştirakçı statusunu almaq üçün 50 (əlli) manat məbləğində iştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1.Tenderdə iştirak etmək üçün yazılı müraciət;

2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

3.Tender təklifi (təkliflərin açıqlandığı tarixindən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

4.Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (təkliflərin açıqlandığı tarixdən sonra azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);

5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (2020-ci ili əhatə etməli);

6.İddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı (müvafiq vergi departamenti tərəfindən təsdiq olunmuş);

7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli);

8.İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq olunmuş sənədin surəti);

9.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır.)

10.İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27.08.2021-ci il saat 11:00 tarixinə qədər, bank təminatını və tender təklifini isə 06.09.2021-ci il saat 16:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 07.09.2021-ci il saat 11:00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.


“Azəralüminium” MMC

AÇIQ TENDERƏ DƏVƏT EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

Konveyer xəttində maye metalın külçə formasına salınması üçün qəlib LZX 23.5 kq/20t (100 ədəd)

Tender iştirakçılarına təklif edilir ki, https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba AsanPay vasitəsilə köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

Əlaqə telefonu (mobil): (050) 271-16-12

Əlaqə telefonu (şəhər): 022 267-05-40 (daxili 1204)

Əlaqələndirici şəxs: Həsənov Həsən

Elektron poçt: [email protected]

İştirak haqqı: 300.00 (üç yüz) AZN.

Rekvizitlər:

VÖEN: 1305481501

Bank: “Azər

baycan Beynəlxalq Bankı “Gəncə” filialı

Kod: 509352

VÖEN: 9900001881

M/h: AZ03NABZ01350100000000002944

S.W.İ.F.T. BİK:İBAZAZ2X

İBAN: AZ36İBAZ40040019446110810255 AZN

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

2. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü müddətində qüvvədə olmalıdır)

3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır)

4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış

5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanların tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı

7. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri

8. Podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 20.08.2021-ci il saat 14:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 30.08.2021-ci il saat 18:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 31.08.2021-ci il saat 18:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar Portal vasitəsilə aparılır.