Bildiriş
Reklam və elanlar

Bildiriş

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Bakı Turizm İnformasiya Mərkəzi maşın və avadanlıqların kotirovka soğusu üsulu ilə satınalınmasını həyata keçirir

Maraqlanan təşkilatlar (012)498-12-44 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovkalar sorğusunda iştirak  etmək üçün sənədlər 09 avqust  2021-ci  il, saat 10:00 tarixinədək qəbul olunur.

Ünvan: AZ 1000, Bakı şəhəri, Üzeyir Hacıbəyli 70. 


Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 2021-ci il üçün tibbi avadanlıqların satınalınmasının təşkil olunması barədə keçirilmiş tender proseduru “Dövlət satınalmaları haqqında” Qanunun 14.2 maddəsinin tələbləri pozulduğundan tender prosedurunun davamından imtina edilməsi məqsədəmüvafiq hesab olunur.


Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 2021-ci il üçün “Başlanğıc işləri üzrə tikinti materiallarının” və “Tamamlama işləri üzrə tikinti materiallarının” satınalınmasına görə keçirilmiş açıq tenderin nəticələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 26.07.2021-ci il tarixli AİBDNX-15/01-5/5095P nömrəli məktuba əsasən “Dövlət satınalmaları haqqında” Qanunun 14.2 maddəsinin tələbləri pozulduğundan ləğv edilmişdir.


“Azərpambıq ASK” MMC tərəfindən 2021-ci mövsüm ilində lifli məhsulları presləyib qablaşdırmaq üçün tələb olunan məftil kəmərinin satınalınması üçün elan edilən təkliflər sorğusu metodu ilə keçirilən satınalma prosedurunun təkliflərinin təqdim olunması tarixi 30 iyul 2021-ci il saat 14:00-dan 05 avqust 2021-ci il saat 16:00-dək uzadılır. Zərflərin açılması tarixi isə 30 iyul 2021-ci il tarixi saat 15:00-dan 06 avqust 2021-ci il saat 12:00-dək uzadılır.


“ASK ŞÜŞƏ” MMC 110/10 kv-luq yarımstansiyadan 2 ədəd 10 kv yuvanın alınması və kabel xəttinin çəkilməsi xidmətinin kotirovka sorğusu üsulu ilə satınalınmasını həyata keçirir.

Maraqlanan təşkilatlar +99455-226-40-34 telefon nömrəsi və ya [email protected] elektron ünvanı ilə əlaqə saxlaya bilərlər.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 12.08.2021-ci il saat 14:00 tarixinədək qəbul olunur. Kotirovka proseduru ilə bağlı zərflərin açılması 13.08.2021-ci il saat 16:00-da Qaradağ rayonu, Salyan şosesi, 25 “ASK ŞÜŞƏ” MMC ünvanında keçiriləcəkdir.

Ünvan: Qaradağ rayonu, Salyan şosesi, 25 “ASK ŞÜŞƏ” MMC


“BakuBus” MMC tərəfindən “İveco” markalı avtobuslarda mühərrikdən işlənmiş qazların çıxış borusu üçün istilik izolasiya örtüklərinin satınalınması üzrə elan olunan elektron tenderin nəticələrinə dair tender komissiyasının yekun protokoluna əsasən “Az-Tex İmport” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 26.07.2021-ci il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır.